İnqrid Fuciko Georqi-Hemminq (5 dekabr 1931[1], Berlin, Almaniya Reyxi[d][2] – 21 aprel 2024[2]) – isveçəsilli Almaniya–Yaponiya pianoçusu.
Fuciko Hemminq | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Ingrid Fujiko von Georgii-Hemming |
Doğum tarixi | 5 dekabr 1931[1] |
Doğum yeri | |
Vəfat tarixi | 21 aprel 2024[2] (93 yaşında) |
Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi[2] |
Atası | Gösta Georqi-Hemminq[d] |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | pianoçu, klassik pianoçu[d] |
Fəaliyyət illəri | 1950–2024 |
Janrlar | klassik musiqi, caz |
Musiqi aləti | piano |
Albom şirkətləri | Decca Records[d] |
Təhsili |
|
fuzjko.net |
5 dekabr 1931-ci ildə Almaniyanın Berlin şəhərində doğulmuşdur. Pianoçu olan yapon anası Toako Otsuki Berlin İncəsənət Universitetində təhsil almışdır. Atası Frits Gösta Georqi-Hemminq rusəsilli isveçli memar idi. 1933-cü ildə ailəsi ilə birlikdə Yaponiyaya köçmüşdür.[3] Beş yaşından etibarən anasından, daha sonra isə Leoind Kreytserdən piano dərsləri almağa başlamışdır. Məktəbdə oxuyarkən bir sıra müsabiqələrin qalibi olmuşdur.[4]
16 yaşında olanda qulaq infeksiyasına görə sol qulağının eşitmə qabiliyyətini müvəqqəti olaraq itirmişdir.[5] Tokio İncəsənət Universitetindən məzun olduqdan sonra 1960-cı ildə Avropaya qayıtmış, Vyana və Berlində təhsil almışdır.[4] Qripdən müalicə alarkən növbəti dəfə sol qulağının eşitmə qabiliyyətini müvəqqəti olaraq itirmiş,[5] karyerasını Stokholmda davam etdirməyə məcbur olmuşdur. Qulağında müalicə aldığı dövrdə müəllim kimi işləmiş, bir sıra Avropa şəhərlərində konsertlər vermişdir.[4]
1995-ci ildə anasının ölümündən sonra Yaponiyaya qayıtmışdır.[5] 1999-cu ildə Yaponiyanın NHK kanalının onun həyatı haqqında çəkdiyi sənədli filmdən sonra məşhurlaşmışdır. Növbəti il buraxdığı debüt albomu "La Campanella" 2 milyon nüsxə satılmış və 2000-ci ildə keçirilmiş Yaponiya Qızıl Disk Mükafatının İlin Klassik Albomu kateqoriyası üzrə qalibi olmuşdur. Hemminq növbəti illərdə bu mükafatı 3 dəfə daha qazanmışdır.[4]
Hemminq 2001-ci ildə Nyu-Yorkda yerləşən Karneqi-hollda debüt etmişdir.[6] O, karyerası ərzində Moksva Filarmonik Orkestrı kimi orkestr və sənətçilərlə əməkdaşlıq etmişdir.[4] Ferens List, Frederik Şopen, Moris Ravel kimi bəstəkarların əsərlərində ixtisaslaşmışdır.[5]
Hemminq 2024-cü ilin yazında Nyu-Yorkda yerləşən Karneqi-hollda konsert verməyi planlaşdırsa da, sağlamlığındakı problemlərə görə planını təxirə salmışdır. 2024-cü ilin martında ona mədəaltı vəzin xərçəngi diaqnozu qoyulmuşdur. 21 aprel 2024-cü ildə ölmüşdür.[4]
Atası memar və rəssam olduğu üçün Hemminq rəssamlığa da həvəs göstərmişdir. Pişiklər, itlər, çiçəklər, musiqiçilərin rəsmlərini çəkmişdir.[6]