Fukaqava Edo Muzeyi

Fukaqava Edo Muzeyi (深川江戸資料館, Fukuqava Edo Şiryokan?)Yaponiyanın Tokio şəhərinin keçmiş Fukuqava rayonunda yerləşən, Edo dövrünə həsr olunmuş muzey.

Fukaqava Edo Muzeyi
Xəritə
Açılış tarixi 16 noyabr 1986
Ölkə
Yerləşir Şirakava[d]
35°40′51″ şm. e. 139°48′02″ ş. u.HGYO
kcf.or.jp/fukagawa/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fukaqava Edo Muzeyi 1986-cı ilin noyabrında açılmışdır. Muzey Fukaqava-Saqaço qəsəbəsinin 1830–1844-cü illərdəki tarixindən bəhs edir. Muzeydə müxtəlif artefaktlar və tarixi sərgilənsə də, muzeyin əsas sərgisi Fukaqava-Saqaçonun real ölçülərdə olan replikasıdır.[1]

Qəsəbənin replikası bir neçə bölgədən ibarətdir və Edo dövrünün üslubunu əks etdirir. "Qəsəbənin" küncündə yanğın müşahidə qülləsi, onun altında çay evi yerləşir. Bundan əlavə, küçə boyunca yerləşən, balıqçılara və qayıqçılara xidmət göstərmiş mehmanxanaların olduğu küçə boyunca yerləşən çoki-buneləri görmək olar. Qəsəbənin yaşayış bölgəsində naqaya adlı taxta evlərin əmələ gətirdiyi dar küçələrdən ibarətdir. Burada dükkanlar, dülgərxana, su quyusu, ictimai hamam, zibilxana, tanrı İnariyə həsr olunmuş kiçik məbəd yerləşir.[1]

Replikanı daha realistik göstərmək üçün işıqlandırma 20 dəqiqədən bir dəyişir. Beləliklə, ziyarətçilər günün müxtəlif vaxtlarının təcrübəsini yaşaya bilirlər. Burada səyyar satıcı qışqırığı və yağış səsi effektlərindən istifadə olunur. Bundan əlavə, replika qəsəbənin sakinlərinin hər birinin arxa plan hekayəsi var. Məsələn, 30 yaşlı satıcının (özü görünmür) 35 yaşlı arvadı və 10 yaşlı uşağı var, digər naqaya sakinlərindən biri isə şamisen və kalliqrafiya dərsi verən 36 yaşlı dul qadındır.[1]

  1. 1 2 3 "Fukagawa Edo Museum". Atlas Obscura (ingiliscə). 10 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]