Fukivare şəlalələri (吹割の滝?) – Yaponiyanın Qunma prefekturasının Numata şəhəri yaxınlığında yerləşən şəlalə. Bəzən "Şərqin Niaqarası" da adlandırılır. Şəlalə mənzərəli görünüşünə görə tanınır və turist axınına məruz qalır. Şəlalənin 4 kilometr[1] yaxınlığında Oyqami onseni yerləşir.[2]
Fukivare şəlalələri | |
---|---|
吹割の滝 | |
Ümumi məlumatlar | |
Hündürlüyü | 7 m |
Eni | 30 m |
Yerləşməsi | |
36°42′07″ şm. e. 139°12′26″ ş. u. | |
Ölkə | Yaponiya |
Vilayət |
|
Şəhər |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kataşina çayı Hiraqava və Kurihara çayları ilə birlikdə Fukivare yarğanını əmələ gətirir. Çayın sağ sahilində Şoci qayası yerləşir. Fukivare şəlalələri ilə Niqura qayası arasındakı 1,5 kilometrlik məsafədə bir çox çuxur yerləşir. Yarğan ətrafındakı cığır 1991-ci ildə tamamlanmışdır.[2]
Şəlalənin eni 30 metr, hündürlüyü 7 metrdir. Şəlalə suyun eroziyasından yaranmışdır. Yaxınlığında Masutobi adlı digər şəlalə yerləşir. Şəlalənin yaxınlığında Hannya, Byobu və Şişi qayaları da yerləşir.[2] V şəkilli şəlalədir.
Əfsanəyə görə şəlalələr Əjdahanın sualtı sarayı olan Ryuquya aparan yolun üzərində yerləşir.[2]