Furkan Qorxmaz

Furkan Qorxmaz peşəkar türk basketbolçu. Hazırda NBA-də Filadelfiya 76ers komndasında çıxış edir.

Furkan Korkmaz
türk. Furkan Korkmaz
Boyu 203 sm
Çəkisi 77 kq
Vətəndaşlığı
Doğum tarixi (26 yaş)
Doğum yeri Bakırköy, İstanbul, Türkiyə
Oyunçu seçimi Filadelfiya Seventi Siksers
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk vaxtlar[redaktə | mənbəni redaktə et]

QKoxkmaz Bakırköy, İstanbulda 1997-ci ildə anadan olub. O, 9 yaşında olarkən oxuduğu məktəbin basketbol komandasına daxil olub. 2012-ci ildə 15 yaşında ikən Efes Uşaq komandasından Anadolu Efesə 250 000 $ qarşılığında transfer edildi.

Peşəkar karyera[redaktə | mənbəni redaktə et]

Anadolu Efes[redaktə | mənbəni redaktə et]

Buradakı birinci ilində Qorxmaz Efesin gənclər komandasında oynayır. 2013-2014 sezonunda isə o, Türkiyə Basketbol 2-ci Liqasında Efesin pilot komandası Pertevniyala keçdi və burada liqa çempionu olur.. 2014-cü ilin yayında Qorxmaz Anadolu Efesin əsas komandasına daxil olur. 14 dekabr 2014-cü ildə Əskişəhir Basket ilə oynanılan oyunda 17 xal qazanaraq sezonun ən yüksək nəticəsini topladı.

NBA draft[redaktə | mənbəni redaktə et]

13 iyun, 2016-cı ildə Qorxmaz NBA seçməsində iştirak edən 13 xarici vətəndaşdan biri idi. O, Filadelfiya 76ers tərəfindən birinci mərhələdə 26-cı sırada seçildi. Seçmədən sonra o, Anadolu Efesdə bir sezonda keçirməyə qərar verir.

Banvit[redaktə | mənbəni redaktə et]

Dekabr, 2016-da Qorxmaz Anadolu Efes tərəfindən Banvitə icarəyə verilir. Həmin ilin fevralında o, komandası ilə birgə Türkiyə Kubokunu qazanır. Bu Banvit komandasının tarixində ilk kubok idi. Furkan buradakı 21 oyunda ortalama 10.8 xal, 3.8 ribaund ve 2.2 asist nəticələrini göstərir. 2016-17 Basketbol üzrə Çempionlar Liqasında 10 oyunda 10.4 xal, 4.1 ribaund ve 2.1. asist göstəricilərinə əsasən, turnirin "Ən Yaxşı Gənc Oyunçusu" titulunu qazanır

Filadelfiya 76ers[redaktə | mənbəni redaktə et]

4 iyul, 2017-ci ildə Qorxmaz Filadelfiya 76ers komandasına üzv olur.

Milli komanda[redaktə | mənbəni redaktə et]

2013-cü ildə Ukraynada keçirilən Avropa Ulduzlar Basketbol Çempionatında hər oyuna ortalama 25.3 xal toplayaraq turnirdə birinci oldu. 2014-cü ilin yazında Konya şəhərində keçirilən FİBA U-18 Avropa Basketbol Çempionatında çempion oldu. Bu turnirdə 11.6 xal nəticəsini göstərdi. 2015-ci ildə Yunanıstanda keçirilən U-19 Dünya Çempionatında Türkiyə milli komandası üçüncü oldu. Həmin ildəki U-18 Avropa Çempionatında da Qorxmaz komandası ilə birgə ikinci oldular. Göstərdiyi yaxşı nəticələrə görə turnirin ən yaxşı 5 oyunçusuna daxil edildi. Filippinin Manila şəhərində keçirilən 2016 Rio Olimpiadasının seçmə mərhələsində çıxış etmişdi. O, turnirdə oynadığı 3 oyunda 12.3 dəqiqə meydanda oldu və 3.3 atış nəticəsini göstərdi