Bakırköy (türk. Bakırköy) — İstanbul ilinin ilçəsi. Avropa hissəsində yerləşir. İstanbulun Qərb yarısında, Mərmərə dənizinin şimal-şərq sahillərində, Paşaeli yarımadasında yerləşir. 1926-cı ildə əsası qoyulmuş Bakırköy rayonu, 1992-ci ildə indiki sərhədlərinə çatmışdır.[1] İlçə qərbdən Kiçikçəkməcə, şimaldan Bağçalıevlərlə, şimal-şərqdən Güngörən, şərqdən isə Zeytunburnu ilçələri ilə həmsərhəddir.
Bakırköy | |
---|---|
40°58′59″ şm. e. 28°51′13″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Digər | |
bakirkoy.gov.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
İstanbulun ən qədim və ənənəli məkanlarından biri olan Bakırköy, tarixinin Roma İmperiyasına qədər getdiyi bu ilçənin adı o illərdə "Hebdomon" olaraq bilinirdi. Bəzi mənbələrə görə, Bizanslılar bu rayonu "Makro Hori" (uzun kənd) adlandırdılar. Osmanlı İmperiyası dövründə də istifadə edilən "Makro Hori" adı respublika elan olunduqdan sonra, 1925-ci ildə Bakırköy adını almışdır.[2]
1989-cu ilə qədər 275 km² sahəsi ilə İstanbulun ən geniş sahəli ilçələrindən olan, Kiçikçəkməcə, Bağçalıevlər, Güngörən və Zeytunburnu ilçələri ilə həmsərhəd olan bu ilçənin ərazisi 1992-ci ildə hal-hazırkı formasına çatmışdır.[3]
Rayonda ümumilikdə 15 məhəllə vardır.