Fyodorov armudu (lat. Pyrus fedorovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
Fyodorov armudu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Fyodorov armudu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Qafqazda rast gəlinir.
Hündürlüyü 5 m-dək olan, piramidal çətirli ağac və ya koldur. Budaqları uzun, nazik iynəlidir. Meyvələri yumru-yumurtavari, sarı, qırmızı xallıdır.
Quraqlığa, istiyə, soyuğa davamlı bitkidir. Torpağa tələbkar deyildir.
Culfa rayonunun Camaldın kəndi yaxınlığında yayılmışdır.
Dekorativ bitki olduğundan tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.