Fyodorov quşarmudu

Fyodorov quşarmudu (lat. Sorbus fedorovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.

Fyodorov quşarmudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Osetiya ərazisindən toplanılan herbari nümunələrinə əsasən təsvir edilmişdir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2 m olan kol və ya ağacdır. Yarpaqları 7-10 sm uzunluqda, kənarları ikiqat, bəzən də dərin dişcikli olub, tərsyumurtavari və ya ellipsvaridir. Ucu sivriləşmiş, qaidəyə doğru isə paz şəkilli daralmışdır. Yarpağın alt səthində damarlar aydın seçilir. Yarpaq saplağı qırmızı-qonur rəngdədir. Çiçəklər qalxan çiçək qrupunda toplanmışdır. Çiçək saplaqları çılpaqdır. Kasacığı keçətükcüklü, qabarcıqlı və küt dişlidir. Ləçəkləri ağ, enli ellipsvari olub, kasacıqdan demək olar ki, 2 dəfə uzundur. Meyvələri xırda, bir qədər kürəvari olub, əvvəl qırmızı, sonralar isə tünd-göyümtül rənglidir. İyun ayında çiçək açır, sentyabr-oktyabrda isə meyvəsi yetişir.

Orta və yüksək dağlıq qurşaqlarda dəniz səviyyəsindən 1500-2300 m hündürlüklərdə meşənin yuxarı sərhəddi boyunca daşlı qayalı yamaclarda, seyrək meşəliklərdə və kolluqlar arasında yayılmışdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-da Şərur rayonu Axura kəndi ətrafi Hadı Kayıb, Quzuyatan ərazilərinin meşə və kolluqlarında rast gəlinir.

Yaşıllaşdırmada istifadə olunmur. Meyvəsindən cem, kampot, mürəbbə və müxtəlif içkilər hazırlanır.