Fyodorov tıs-tısı (lat. Acantholimon fedorovii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.
Fyodorov tıs-tısı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Fyodorov tıs-tısı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Cənubi Qafqazda geniş yayılmışdır.
Kiçik kolcuqdur. Budaqları əsasa qədər köhnə yarpaqlarla örtülüdür. Yarpaqların hamısı demək olar ki, üfüqi, oturaq olub, göyümtül, çılpaq, kənarları boyunca hamar və ya aşağı hissəsində az və ya çox dərəcədə qısa, nadir hallarda kirpikciklidir. Yarpaqların əsası tükcüklüdür. Çiçəkaltlıqları kasacığın borucuğundan qısa, çılpaq və parlaqdır. Xarici çiçəkaltlığı 3 mm uzunluqda olub, yuxarıdan dəyirmi, küt və ya bir qədər itiləşmişdir. Daxili çiçəkaltlıqları 4 mm uzunluqda olub, yuxarı hissədə dəyirmi, küt, azacıq itiləşmişdir. Kasacığı qıfvari və 6-7 mm uzunluqdadır. Kasacığın büküyü 2-2,5 mm enində olub, damarları daxildən (aşağı hissədə) tükcüklərlə örtülmüşdür. Çiçək saplaqları yarpaqlardan hündür olmayıb, aşağı hissədə az və ya çox dərəcədə sıx tükcüklüdür. Sünbülcükləri 6 (7) mm uzunluğa malikdir. Çiçəklər sünbüllərdə demək olar ki, bir-birini kirəmitvari örtür. Çiçək qrupunun oxu çılpaqdır. Ləçəkləri solğun çəhrayıdır. Çiçəkləmədən sonra onlar kasacığın borucuğundan yuxarı qalxmır. İyun ayında çiçəkləyir, iyul-avqustda toxumları yetişir
Kserofitdir. Dəniz səviyyəsindən 600-800 m hündürlükdə, daşlı və çınqıllı quru yamaclarda, qayalıqlarda rast gəlinir. İran-Turan coğrafi elementinə daxildir.
Naxçıvan MR-dan toplanılan materiallara əsasən təsvir edilmişdir. Ordubad rayonunun Kotam və Kilit kəndlərinin ətraf ərazilərində yayılmışdır.
Bol çiçəkləməsi və çiçəklərini uzun müddət saxlamasına görə dekorativ bitki kimi xüsusi əhəmiyyət kəsb edir.