Gökhan Saki (d.18 Oktyabr 1983 Schiedam, Hollandiya) Türkiyə və Hollandiya vətəndaşı peşəkar Kikboksinq idmançısıdır. Hollandiyada Golden Glory Gym komandasında döyüşən Saki 2 dəfə Hollandiya və Avropa Muay Tay çempionu, 2008-ci ildə təşkil olunmuş K-1 Dünya GP 2008 Havay çempionudur.
Göhkan Saki | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | İsyancı |
Vətəndaşlığı | Hollandiya, Türkiyə |
Doğum tarixi | |
Doğum yeri | Schiedam, Hollandiya |
Boyu | 182 sm |
Çəkisi | 97 kq |
İdman növü | Kikboksinq |
Məşqçisi | Mike Passenier |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Saki 1993-cü ildə 10 yaşında Muay Tay idmanına başladı. 2008-ci ildə Tokioda təşkil olunmuş Dünya K-1 Grand Prix çempionluğunda yarım finala qədər yüksəldi. Yarım finalda rəqibi hollandiyalı Remy Bonjasky-yə nakaultla uduzdu. Hollandiyada böyüyən və özünü Kikboksinq-də təkmilləşdirən Saki Türkiyə adına yarışlara çıxmaqdadır. Ləqəbi İsyancı olan Sakinin boyu 182 sm-dir. Sonuncu dəfə 2010-cu ildə K-1 Grand Prix çempionluğunda Türkiyəni təmsil etmiş və izləyənlərin rəğbətini qazanmışdır. Bu yarışda 1/8 finaldakı rəqibi Daniel Ghita ilə qarşılaşmışdır. Eyni xüsusiyyətlərə malik olduqları üçün onlar arasındakı döyüş son dərəcə ağır və böyük maraqla izlənən oldu. Bu yarışda 3-cü raundun sonunda bərabərlik olması ilə əlaqədar verilən əlavə raundda Gökhan Saki qalib gəldi. Daniel Ghita atdığı təpiklər onun sağ qolunu qırılmasına səbəb olur və yarım finalda rəqibi Alistair Overeemlə döyüşdə heç yumruq dəymədən tək qolu ilə bir çox dəqiq zərbələr atmış və sonuncu ayaq zərbəsinilə rəqibini yerə sərmişdir. Alistair Overeemin onum qolunun qırıq olmasını bildiyi qoluna vurması ilə yarış sona çatdı. Davam edə bilməyən Saki yarışın üçüncüsü oldu. Golden Glory-nin 10 il müsabiqələrində yer aldı. Hələ də davam edən müsabiqələrin favoriti Gökhan Saki görünür.
Sakinin ana və atası Türkiyədən gələn immiqrantlardır. Hollandiya və Türkiyə vətəndaşıdır.