Göl gəvəni

Göl gəvəni (lat. Astragalus uraniolimneus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Göl gəvəni
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Astragalus uraniolimneus Boiss.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Avstraliyada, o cümlədən Qafqazda təbii halda bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

7-25 sm hündürlükdə, qısa budaqlı, yarpağını tökən koldur. Yarpağı 5-6 cüt, ucu şiş, hər iki tərəfdən ağ, ipək tüklü, 5-10 sm uzunluqdadır. Çiçək oxu yarpağa bərabər, yaxud onlardan uzundur. Çiçək qrupu yumurtavari, şaraoxşar, çılpaqdır. Meyvəsi sıx tüklüdür. İyunda çiçəkləyir, meyvəsi iyul və avqustda yetişir.

Dağların yuxarı qurşaqlarında, quru, daşlı yamaclarda yayılmışdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqaz, Naxçıvan, Zəngəzurda subalp çəmənliklərdə, dəniz səviyyəsindən 2500 m hündürlükdə yayılmışdır.

Təsərrüfat əhəmiyyəti yaxşı öyrənilməmişdir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Tragacantha uraniolimnea (Boiss.) Kuntze

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Astragalus lagopoides Bunge
  • Astragalus woronowii Bornm.