Görünməz su işarələri (ing. invisible watermark ~ ru. невидимые водяные знаки ~ tr. görünmez filigran) – şəkildə gizlədilmiş və müəlliflik hüququ, yaxud başqa məxfi məlumatları özündə daşıyan kod. Görünməz su işarələri görüntünün çox da böyük olmayan hissələrində kontrastlığın elə azacıq dəyişdirilməsindən ibarətdir ki, insan gözü onu görmür. Görüntü kağıza çap olunduqda, fotoşəkli çəkildikdə və yenidən skanerdən keçirildikdə belə, münasib proqram təminatı görünməz su işarələrini bərpa edə bilər.