Görkəmli şoumen

"Görkəmli şoumen" (ing. The Greatest Showman) — 2017-ci ildə çıxarılmış ABŞ musiqili tarixi dövr dramı. Maykl Qreysinin Cenni Biks və Bill Kondonun ssenarisi əsasında çəkdiyi filmdə Hyu Cekman, Zak Efron, Mişel Vilyams, Rebekka Ferqünson, Zendaya və başqa aktyorlar rol almışlar. Filmin hekayəsi F.T. Barnum tərəfindən “Barnum & Bailey Sirki”nin yaradılmasından ilhamlanmışdır.

Görkəmli şoumen
ing. The Greatest Showman
Janr bioqrafik film, dram filmi, musiqili film, romantik film
Rejissor Maykl Qreysi
Prodüserlər Lourens Mark
Piter Çernin
Cenno Topinq
İcraçı prodüser Ceyms Menqold
Əsərin müəllifi Cenni Biks
Ssenari müəllifləri Cenni Biks
Bill Kondon
Baş rollarda Hyu Cekman
Zak Efron
Mişel Vilyams
Rebekka Ferqünson
Zendaya
Kila Setl
Operator Simus MakQervi
Bəstəkarlar Con Debni
Cozef Trapanes
İstehsalçılar 20th Century Fox
Chernin Entertainment
Seed Productions
Laurence Mark Productions
TSG Entertainment
Distribütor:
Walt Disney Pictures
Distribütor 20th Century Fox, Disney+
İlk baxış tarixi 8 dekabr 2017
(RMS Queen Mary 2)
20 dekabr 2017
(ABŞ)4 yanvar 2018
(Azərbaycan)[1]
Müddət 105 dəq.[2]
Büdcə $84 million[3]
Gəlir $431.9 milyon[4]
Ölkə ABŞ ABŞ
Dil ingilis dili
İl 2017
IMDb ID1485796
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filmin əsas çəkilişlərinə 2016-cı ilin noyabrında Nyu-Yorkda başlanılmış, premyerası isə 8 dekabr 2017-ci ildə “RMS Queen Mary 2” okean laynerinə baş tutmuşdur. ABŞ-da film, sirkin fəaliyyətini dayandırmasından yeddi ay sonra, 20 dekabr 2017-ci ildə çıxarılmışdır.

“Görkəmli şoumen” əsasən qarışıq rəylər almış, tənqidçilər aktyorların ifasını (xüsusilə Cekmanı[5]), musiqi və istehsalı tərifləmiş, lakin, bəzi tənqidçilər onu “süni ruhlandırıcı və dərin olmayan” adlandırmışlar.[6][7] 75-cı Qızıl Qlobus mükafatının təəqdim edilməsi mərasimində film Ən yaxşı bədii film — Myuzikl və ya komediya, Ən yaxşı aktyor – Myuzikl və komediya (Cekman) və Ən yaxşı orijinal mahnı ("This Is Me") nominasiyalarında mükafata namizəd göstərilmiş və sonuncu nominasiyada mükafatı qazanmışdır.[8]

Fineas Teylor Barnum və atası Hallett ailəsi üçün çalışırlar. Azyaşlı Barnum ailənin qızı Çeriti Halletlə zarafat edir; bunu görən atası Barnuma şillə vurur, Çeritini isə otaqdan qovur. Sonradan uşaqlar küçədə görüşürlər, Çeriti kədərlənərək bildirir ki, atası onu pansinona göndərir, Barnum isə onu sakitləşdirərək bildirir ki, bu, ayrılmaq üçün səbəb olmayacaq. Cütlük yetkinlik yaşında yenidən görüşənə kimi (“A Million Dreams”) bir-biri ilə məktubla əlaqə saxlayır, onlar evlənir və Nyu-Yorkda övladlarını böyüdürlər (“A Million Dreams (Reprise)”) Onlar kasıb həyat sürsələr də Çeriti xoşbəxtdir, lakin Barnum daha çox inkişaf istəyir.

Barnumun işlədiyi dənizçilik kompaniyasının müflisləşməsindən sonra, o, işdən çıxarılır. Köhnə işverəninin itirilmiş gəmilərini zamin göstərərək bankı aldadan Barnum yeni iş başlamaq üçün böyük məbləğdə kredit ala bilir. Əldə etdiyi məbləğə Manhettenin ortasında böyük bir bina alan Barnum, “Barnum Amerikan Muzeyi” yaradır və muzeydə müxtəlif canlıların mum fiqurlarını nümayiş etdirir. Əvvəlcə satışlar zəif olur; Övladlarının məsləhəti ilə o “canlı” şou göstərmək qərarına gəlir və şou üçün “bədheybətlər” axtarır (“Coma Alive”). Etirazlar və pis rəylərə (həmin rəylərdən biri Barnuma “Barnumun sirki” adı üçün ideya verir) baxmayaraq Barnumun şousu çoxsaylı izləyici kütləsi cəlb edir.

Ali təbəqə arasında da məşhurlaşmaq üçün yollar axtaran Barnum, dramaturq Filipp Karlaylla tanış olur və onu sirklə birlikdə işləmək üçün yola gətirir ("The Other Side"). Tezliklə, Karlayl və sirkin afro-amerikan mənşəli trapez artisti Enn Uiller arasında romantik hisslər yaranır. Karlayl münasibətlərindən istifadə edərək Barnum və sirk iştirakçılarının Böyük Britaniya kraliçası Viktoriya ilə görüşünü təşkil edir. Həmin görüşdə isveçli opera müğənnisi Cenni Lindlə tanış olan Barnum onu ABŞ-da çıxış etməyə razı salır, özü isə müğənninin meneceri kimi çıxış edir. Lindin ifası ("Never Enough") zamanı valideynlərinin ona baxdığını görən Krlayl Uillerin əlini buraxır, ilk konsert uğurla başa çatır. Barnum konsertə gələn sirk truppasından olan aktyorlara zalda oturmağa yer vermir, daha sonra isə konsert zonrası ziyafətə buraxmır ki, bu da onların inciməsinə səbəb olur ("This Is Me"). Barnum sirkin fəaliyyətini Karlaylın öhdəsinə buraxaraq, Lindlə birlikdə ABŞ turnesinə çıxır. Karlayl Uiler üçün ilk dəfə teatra gəliş təşkil edir, lakin orada oğlunu keçmiş qulluqçu ilə birlikdə görən Karlaylın valideynləri onu təhqir edirlər. Teatrdan qaçan Uileri təqib edən Karlayl onu inandırmağa çalışır ki, istəsələr birlikdə ola bilərlər ("Rewrite the Stars"). Evdə qalıb uşaqların qayğısına qalan Çeriti həyat yoldaşından uzaqlaşdığını hiss edir ("Tightrope").

Tur zamanı Lind Barnuma qarşı romantik hisslər yaşayır, cavab ala bilmədikdə isə inciyərək turdan imtina edir. Sonuncu ifası zamanı o, səhnədə Barnumu öpür ("Never Enough (Reprise)"). Evə qayıdan Barnum əlehdarlarla teatr truppası arasında baş verən qarşıdurmada teatrın yandırılmasının şahidi olur. Yanğın nəticəsində teatr binası avadanlıqlarla birlikdə yanaraq məhv olur, Karlayl isə ağır yaralanır. Lind və Karlayl arasında romantik münasibətlər olması xəbəri Nyu-Yorka da çatır, Çeriti bankda zamin qoyulmuş evi tərk edərək atasının evinə qayıdır.

Depressiyaya düşən Barnum içməyə başlayır. Teatr heyəti onu pabda taparaq, sirki yenidən dirçəltməyə razı sala bilir; o, ali təbəqə arasına qarışmaq ideyasından imtina edərək əvvəlki işçiləri ilə yaxınlığa üstünlük verir ("From Now On"). Barnum həyat yoldaşının yanına gedərək münasibətlərini bərpa edir. Bankların sirkin bərpası üçün vəsait verməkdən imtina etməsi xəbərindən sonra Karlayl öz köməyini təklif edərək əvəzində iş partnyoru olmaq istədiyini bildirir və Barnum təkliflə razılaşır. Sirkin əvvəlki formada və bina şəklində bərpası çox baha başa gələcəyindən Barnu onun açıq havada və çadır içində bərpa edilməsinə qərar verir. Yeni yaradılmış sirk böyük uğur qazanır; Barnum şounu Karlayla etibar edərək ailəsinə daha yaxın ola bilmək üçün təqaüdə çıxır ("The Greatest Show").

  • Hyu CekmanFineas Teylor Barnum, ambisiyalı şoumen.
    • Ellis Rubin — Gənc Barnum.
      • Ziv Zeyfman Gənc Barnumun ifa səsini yerinə yetirir.
  • Zak Efron — Filipp Karlayl, Barnumun partnyoru olan dramaturq. Qismən Ceyms Entoni Beylinin obrazına əsaslanan qarışıq personaj.
  • Mişel Vilyams — Çeriti Barnum, F.T. Barnumun həyat yoldaşı.
    • Skaylar Dann — Gənc Çeriti
  • Rebekka Ferqünson — CenniLind, məşhur İsveç müğənnisi.
    • Loren Allred Lindin ifa səsini yerinə yetirir.[9]
  • Zendaya — Enn Ueler, akrobat, trapez artisti.
  • Kila Setl — Letti Lutz, saqqallı qadın.
  • Sem Hampri — Çarlz Stratton, daha çox General Tom Tumb adı ilə tanınan qısa boylu aktyor.
  • Ostin Conson — Keralayn Barnum, F.T. Barnumun qızı.
  • Kameron Seeli — Helen Barnum, F.T. Barnumun qızı.
  • Pol Sparks — Ceyms Qordon Bennett, New York Heraldın banisi, redaktoru və naşiri.
  • II Yahya Abdul-Matin — V. D. Uiler, Akrobat və Ennin qardaşı.
  • Nataşa Liu Bordizzo — Deng Yan, çinli balet mütəxəssisi.
  • Erik Anderson- Cənab O'Malli, Barnum tərəfindən sirkə gətirilmiş oğru.
  • Daniel Everidc — Lids lordu.
  • Şennon Holtzapffel — Şahzadə Konstantin, tatuajlı oğlan.
  • Lusyano Akuna Kiçik — Fyodr Yevtixiyev, it oğlan.
  • Denyal Son və Yusaku Komori — Çanq və Enq Bankerlər, Siam əkizləri.
  • Qayli Renkin — I Viktoriya.
  • Uill Svenson — Filo Barnum, F. T. Barnumun dərzi atası.
  • Frederik Len — Benyamin Hallett, Çaritinin atası.
  • Katrin Meysli — Hanna Hallett, Çaritinin anası.

Layihə haqqında ilk dəfə 2009-cu ildə məlumat verilmiş və Cekmanın baş rolu canlandıracağı bildirilmişdir.[10] 2011-ci ilin avqust ayında Maykl Qreysinin rejissor olacağı açıqlanmışdır.[11] 2013-cü ildə Fox şair cütlüyü Pasek və Polu film üçün mahnıların yazılması işinə cəlb etmişdir.[12] Hyu Cekmanın sözlərinə görə, layihənin inkişaf etdirilməsinin yeddi il uzanmasına səbəb studiyanın orijinal myuziklla risk etməkdən çəkinməsi olmuşdur.[13]

15 iyun 2016-cı ildə Zak Efron[14], iyulda isə Mişel Vilyamsın layihədə rol alması haqqında məlumat yayılmışdır.[15][16][17][18]

Filmin sınaq çəkilişləri 2016-cı ilin oktyabrında Nyu-Yorkda keçirilmiş, əsas çəkilişlər isə 22 noyabr 2016-cı ildə həmin şəhərdə baş tutmuşdur.[19][20]

2017-ci ilin dekabrında əvvəllər də Hyu Cekmanla birlikdə müxtəlif layihələr üzərində (o cümlədən Loqan filmi) çalışmış Ceyms Menqoldun filmin əlavə çəkilişləri və post-prodakşn işləri ilə məşğul olacağı elan edilmişdir. Bunun əsas səbəbi filmin rejissoru olan Qreysinin $84 milyonluq büdcədən narazı qalması olmuşdur. Meqold sonradan həm də icraçı prodüser kimi qeyd edilmişdir.[21]

Musiqi nömrələri

[redaktə | mənbəni redaktə et]
  1. "The Greatest Show" – Hyu Cekman, Kila Setl, Zak Efron, Zendaya
  2. "A Million Dreams" – Ziv Zeyfman, Cekman, Mişel Vilyams
  3. "A Million Dreams (Reprise)" – Ostin Conson, Kameron Seeli
  4. "Come Alive" – Cekman, Setl,, Daniel Everidc, Zendaya
  5. "The Other Side" – Cekman & Efron
  6. "Never Enough" – Loren Allred
  7. "This Is Me" – Setl
  8. "Rewrite the Stars" – Efron & Zendaya
  9. "Tightrope" – Vilyams
  10. "Never Enough (Reprise)" – Allred
  11. "From Now On" – Cekman

Filmin musiqi albomuna aktyor heyəti tərəfindən ifa edilmiş mahnılar daxil edilmişdir.

Çıxarılması

[redaktə | mənbəni redaktə et]

Filmin premyerası 8 dekabr 2017-ci ildə Nyu-Yorka üzərin “RMS Queen Mary 2” gəmisində baş tutmuşdur. 20 dekabr 2017-ci ildə film ABŞ-da çıxarılmışdır.[22][23]

28 iyun 2017-ci ildə 20th Century Fox tərəfindən filmin ilk beynəlxalq treyleri çıxarılmışdır. 13 noyabr 2017-ci ildə ikinci treyler çıxarılmışdır.[24]

17 dekabr 2017-ci ildə Fox tərəfindən “Warner Bros. Studios”dan canlı yayımlanan “A Christmas Story Live!” buraxılışı (Pasek və Polun “A Christmas Story: The Musical” adlı musiqili tamaşası əsasında hazırlanmışdı) zamanı filmdən olan "Come Alive" mahnısının canlı ifası təqdim edilmişdir. Həmin ifada filmin aktyor heyəti və 150 rəqqas iştirak etmişdi.[25][26]

6 may 2018-ci ildə $84 milyon büdcəsi olan “Görkəmli şoumen” filminin gəlirləri ABŞ və Kanadada $173.8 milyon, digər ərazilərdə $258.1 milyon, ümumi gəlirləri isə $431.9 milyon olmuşdur.[4] Bu, Şimali Amerikada dördüncü, ümumilikdə isə beşinci ən çox gəlir gətirmiş myuzikl olmuşdur. “Deadline Hollywood” isə filmin $50–100 milyon arası gəlir gətirəcəyini ehtimal edir.[27]

ABŞ və Kanadada “Görkəmli şoumen”, Cumanci: Cəngəlliyə xoş gəlmisiz” filmi ilə eyni zamanda çıxarılmış və ilk altı günündə 3.006 kinoteatrdan $21 milyon gəlir gətirmişdir.[28][29] İlk və ikinci günündə film müvafiq olaraq $2 milyon gəlir gətirmişdir. Üç həftəsonu nəticəsində filmin gəlirləri $9 milyona çatmış (altı gün ərzində ümumilikdə $19 milyon) və o, Ulduz müharibələri: Sonuncu ceday, "Cumanci: Cəngəlliyə xoş gəlmisizİdeal səs 3 filmlərindən sonra dördüncü olmuşdur.[30] İkinci həftəsonunda $15.5 milyon gəlirlə film yenə də dördüncü olmuşdur.[31] 3000-dən çox kinoteatrda göstərilən film üçün 76.3% artım ən böyük, kino tarixində isə dördüncü ən böyük nəticə olmuşdur.[32][33] Üçüncü həftəsonunda film, $14 milyonla 11% aşağı nəticə göstərmişdir.[34]

Dördüncü həftəsonunda film, $13 milyon, beşinci həftəsonunda $11 milyon gəlirlə müvafiq olaraq dördüncü və beşinci nəticələri göstərmişdir.[35] Altıncı həftəsində də yaxşı nəticə göstərən film $9.5 milyon gəlirlə dördüncü yerə qayıtmış[36], yeddinci həftəsində $7.8 milyonla gəlirləri 18% aşağı düşsə də dördüncü yerdə qalmışdır.[37] Bu, heç vaxt birinci yerə qalxmamış film üçün 13-cü ən yaxşı göstəricidir.[38]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

Rəy aqqreqatoru Rotten Tomatoes 191 tənqidçinin rəyi əsasında filmə 55% təravətli 6/10 bal verir. Sayt tənqidçilərinin ortaq rəyində isə deyilir ki, ““Görkəmli şoumen” izləyiciliəri, aid olduğu mürəkkəb mövzuyla bağlı mürəkkəb ssenarisi ilə yox, Barnum-sayağı gözqamaşdırmaları ilə təəccübləndirməyə çalışır.”[39] Metacriticdə 43 tənqidçinin rəyinə əsasən 48/100 balla qiymətləndirilən film “qarışıq və orta rəylər” almışdır.[40] “CinemaScore”da səs verən izləyicilər A+ — F şkalası üzrə filmi A dərəcəsi ilə qiymətləndirmişlər.[41]

“Variety”dən Ouen Qleyberman filmə müsbət rəy verərək yazır ki, “Görkəmli şoumen elə bir filmdir ki, onda hər şey yerində durur və yalnız bir saat qırx beş dəqiqə sonra uçaraq, F. T. Barnum və bu günün ruhu ilə əlaqə yaradır.”[42] “Chicago Sun-Times”dan Riçard Roper filmə ¾ ulduz verərək deyir ki, “Görkəmli şoumen köhnə əhval-ruhiyyəsi ilə çox müasir problemlərə toxunur. P.T. Barnum özü dramatic yüngüllüyü təqdir edərdi.”[43] “Tampa Bay Times”dan Stiv Persall filmə “A” dərəcəsi verərək deyir ki, “Görkəmli şoumen bayram mövsümündə ehtiyac duyulan yaxşı əhval filmidir”.[44] “IGN”dən Uilyam Bibbiani isə filmə 7.9/10 bal verir və “dəhşətli əyləncəli” adlandırır.[45]

“The Dallas Morning News”dan Britton Pile deyir ki, “Hekayə yaxşıdır və aktyorlar yaxşı oynayırlar, lakin, “Görkəmli şoumen”in əsas müsbət cəhəti onun musiqi nömrələridir”.[46] “Huffington Post"dan Cekki Kuper filmə 10/10 bal verərək yazır: “Musiqi və ekranda baş verən magiya size valeh edəcək. Film, bu günün problemlərinə cava bola biləcək gözəl mesaj ötürür.”[47] “Digital Spy”dan Hyu Armitaj deyir ki, “Görkəmli şoumen çoxlu xoş təəssüratlarla doludur. Bütün ailə üçün nəzərdə tutulmuş əla mənzərədir.”[48] “Radio Times”dan Alan Cons yazır ki, “vizual parlaqlığın sevinclə yüksələn dumanı, stilli xareoqrafiya və qızılı sehr bir zamanlar musiqili filmlərn təklif etdiyi grünüşə yaxınlaşmaq üçün düşünülmüşdür.”[49]

“RogerEbert.com”dan Şeyla O'Malli filmə 3.5/4 bal verərək yazır ki, “Görkəmli şoumen yaddaqalan mahnılara üstünlük verən saf əyləncədir”.[50] “CLTure”dan Duqlas Devidson yazır ki, “Yoluxucu musiqiyə malik olan film gözlərimizi qamaşdırır və sevinc bəxş edir.”[51] “ReelViews”dan Ceyms Berardinelli filmə ¾ bal verərək deyir ki, “film, yaddaqalan melodiyaların müşayət etdiyi gözəl xareoqrafik nömrələr nümayiş etdirir”.[52] “St. Louis Post-Dispatch”dan Kelvin Vilson isə filmin “çox xoş” olmasını qeyd edir.[53]

“Pasadena Weekly”dən Karl Kozlovski filmə “A” dərəcəsi verərək, onu “novator və böyük innovator” adlandırır.[54] “The Salt Lake Tribune”dan Şon P. Mins filmə 3.5/4 bal verir və deyir ki, “güclü aktyor heyəti romantikləşdirilmiş və melodikləşdirilmiş bioqrafik filmə emosional güc bəxş edir.”[55] “Little White Lies”dan Manuela Lazik filmə 4/5 baş verir və deyir ki, “Görkəmli şoumen Milad klassikası olmağa layiqdir. Ağır romantika və təsiredici entuziazm filmi həyatı təsdiqləyən edir.”[56] “Deadline Hollywood”dan Pit Hemmond filmə 4/5 bal verir və “bayram əhvallı kütlə üçün hazırlanmış mahnı və rəqs fantaziyası” adlandırır.[57]

“San Francisco Chronicle”dan Mik LaSalli filmə mənfi rəy yazaraq mahnılar və personajları tənqid edir və yazır “Biri var idiotik, biri də var möhtəşəm, “Görkəmli şoumen” isə nadir hallarda qarşımıza çıxan xüsusi haldır. O, möhtəşəm idiotikdir. Film, o qədər ciddi, sıxıcı və səhvlərlə doludur ki, yeganə çıxış yolu üzünüzü əlinizlə örtərək ona barmaqlarınız arasından baxmaqdır – və o, yaxşı çəkilib.”[58] “The Hollywood Reporter”dən Devid Runi də filmə mənfi rəy verərək yazır: “Film, ailə, dostluq və münasibət mövzularını təmələ alaraq personaj və onun tarixi ilə bağlı həqiqətlərə göz yumur.”[59]

“Rolling Stone” jurnalından Piter Travers filmə 1.5/4 bal verərək deyir ki, “Necə virtuoz Hyu Cekmanı Barnum roluna seçmək, Oskar laureatları Ben Pasek və Castin Polun musiqilərindən istifadə etmək və istehsala kifayət qədər vəsait ayırmamaq olardı?”[60] “Los Angeles Times”dan Castin Çanq yazır ki, “filmin uğursuzluğu daha dərin köklərə malikdir: auditoriyanın intellektinə olan inamın yoxluğu və və estetik ikiüzlüyün büruzə verilməsi. Nadir hallarda bu cür xoşbəxtlik bayrağı dalğalandırmağa çağıran birxətli myuzikllarla qarşılaşırıq.”[61]

Mükafat Mərasim tarixi Kateqoriya Nominant Nəticə İstinad(lar)
AARP Yeniyetmələr üçün film mükafatı 5 fevral 2018 Ən yaxşı yeniyetmə sevgi hekayəsi Görkəmli şoumen Qazandı [62][63]
Amerika Kastinq Cəmiyyəti 18 yanvar, 2018 Böyük büdcə – komediya Bernard Telsi, Tiffani Litl Kenfild, Rori Berqman və Patrik Qudvin Qazandı [64]
Oskar mükafatı 4 mart 2018 Ən yaxşı orijinal mahnı "This Is Me" – Benj Pasek və Castin Pol Namizəd [65][66]
Kostyum Dizaynerləri Gildiyası 20 fevral 2018 Dövr filmində mükəmməllik Ellen Mirojnik Namizəd [67]
Tənqidçilərin Seçimi Film Mükafatı 11 yanvar 2018 Ən yaxşı mahnı "This Is Me" Namizəd [68]
Dorian mükafatı 24 fevral 2018 İlin qrup işi Görkəmli şoumen Namizəd [69]
[70]
İmperiya mükafatı 18 mart 2018 Ən yaxşı kostyum dizaynı Görkəmli şoumen Namizəd [71]
[72]
Ən yaxşı makiyaj və saç düzümü Görkəmli şoumen Namizəd
Corciya Film Tənqidçiləri Assoasiyası 12 yanvar 2018 Ən yaxşı orijinal mahnı "This Is Me" – Benj Pasek və Castin Pol Namizəd [73]
Qızıl Qlobus mükafatı 7 yanvar 2018 Ən yaxşı film – Myuzikl və ya komediya Görkəmli şoumen Namizəd [74]
Ən yaxşı aktyor — myuzikl və ya komediya Hyu Cekman Namizəd
Ən yaxşı orijinal mahnı "This Is Me" Qazandı
Qızıl rulon mükafatı 18 fevral 2018 Səs montajında əlamətdar uğur – Myuzikl Cen Monnar, Cim Harrison, Ceff Karson, Piter Mayls və Şeri Ozeki Qazandı [75]
Musiqi supervayzerləri gildiyasının mükafatı 8 fevral 2018 Film üçün ən yaxşı musiqi supervayzerliyi: 25 milyondan az büdcə üçün Benj Pasek və Castin Pol Namizəd [76]
Film üçün Ən yaxşı mahnı/səsyazma "This Is Me" – Benj Pasek və Castin Pol Namizəd
Hartlend Film Festivalı 31 dekabr 2017 Truly Moving Picture Award Maykl Qreysi Qazandı [77]
Makiyaj rəssamları və saç stilistləri gildiyası 24 fevral 2018 Bədii film: Ən yaxşı tarixi və ya personaj makiyajı Nikki Ledermann, Taniya Ribalou və Sandey Englis Namizəd [78]
Saturn mükafatı iyun 2018 Ən yaxşı döyüş və macəra filmi Görkəmli şoumen Gözlənilir [79]
Ən yaxşı kostyum dizaynı Ellen Mirojnik Gözlənilir
Ən yaxşı musiqi Con Debni və Cozef Trapaneze Gözlənilir
  1. "Görkəmli şoumen". parkcinema.az. 2019-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  2. "The Greatest Showman". AMC Theatres. 2017-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  3. Brent Lang. "Hugh Jackman on 'The Greatest Showman,' Saying Goodbye to Wolverine and Turning Down Bond". Variety. December 5, 2017. December 14, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  4. 1 2 "The Greatest Showman (2017)". Box Office Mojo. 28 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  5. "This Rotten Week: Predicting All The Money In The World Reviews". December 25, 2017. May 7, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  6. "Jumanji: Welcome to the Jungle is Certified Fresh". December 21, 2017. January 11, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  7. Louise McCreesh. "The Greatest Showman review round-up: A "crowd-pleaser" with a "sinister" side". Digital Spy. December 20, 2017. November 17, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  8. Rubin, Rebecca. "Golden Globe Nominations: Complete List". Variety. December 11, 2017. January 18, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  9. "Bu haqqda Loren Allred instagram hesabında məlumat vermişdir". 2020-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-08.
  10. Jagernauth, Kevin. "Michael Gracey To Direct Hugh Jackman Musical 'The Greatest Showman On Earth'". Indiewire. 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  11. McClintock, Pamela; Kit, Borys. "Michael Gracey to Direct 'The Greatest Showman on Earth'". The Hollywood Reporter. August 17, 2011. March 4, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  12. "The Greatest Showman Songwriters Benj Pasek & Justin Paul On The Revitalization Of The Original Hollywood Musical". Deadline.com. November 17, 2017. February 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 8, 2018.
  13. Stack, Tim. "The Greatest Showman first look: Hugh Jackman heads to the big top as P.T. Barnum". Entertainment Weekly. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  14. McNary, Dave. "Zac Efron in Talks to Join Hugh Jackman's 'Greatest Showman' (EXCLUSIVE)". Variety. June 15, 2016. June 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  15. McNary, Dave. "Michelle Williams in Talks for Hugh Jackman's 'Greatest Showman on Earth'". Variety. July 6, 2016. May 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  16. Pulver, Andrew. "Michelle Williams and Zac Efron sought for PT Barnum biopic". The Guardian. July 8, 2016. October 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  17. Jaafar, Ali. "Michelle Williams In Talks To Join 'The Greatest Showman' With Hugh Jackman". Deadline.com. July 6, 2016. May 9, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  18. Giroux, Jack. "Michelle Williams Joins Hugh Jackman in 'The Greatest Showman on Earth'". SlashFilm. July 7, 2016. April 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  19. "'The Greatest Showman', starring Hugh Jackman & Zac Efron, begins filming in NYC soon!". On Location Vacations. November 10, 2016. January 16, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  20. "Hugh Jackman sings happy birthday to good pal Zac Efron". Mail Online. October 25, 2016. April 21, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  21. Lang, Brent. "James Mangold Was Brought In To Oversee 'Greatest Showman' Reshoots, Post-Production". Variety. December 21, 2017. February 22, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018. (#apostrophe_markup)
  22. "Cunard to Broadcast LIVE Red Carpet from "The Greatest Showman" World Premiere on Flagship Queen Mary 2". Cision. December 6, 2017. May 7, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  23. Tartaglione, Nancy. "'The Greatest Showman' Trailer: Hugh Jackman's Singing & Dancing Ringmaster". Deadline.com. November 13, 2017. February 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  24. Rivera, Joshua. "Hugh Jackman Is Fun Again in The Greatest Showman Trailer". GQ. June 28, 2017. August 15, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  25. Ramos, Dino-Ray. "'The Greatest Showman' Live Movie Trailer Electrifies During 'A Christmas Story Live'". Deadline (English). 2017-12-18. 2021-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  26. "Hugh Jackman's Live Ad Last Night for The Greatest Showman Was Quite the Circus". Adweek (English). 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  27. Tartaglione, Nancy. "This Is $400M+: The Greatest Showman Hits WW Milestone On Feel-Good Legs". Deadline Hollywood. March 29, 2018. 8 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  28. D'Alessandro, Anthony. "Does 2017's Domestic Box Office Stand A Chance To Eclipse Last Year's All-Time $11.4B Record?". Deadline Hollywood. November 28, 2017. 28 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  29. McNary, Dave. "Jumanji, Greatest Showman, Pitch Perfect to Challenge the Star Wars Box Office Force". Variety. December 19, 2017. 19 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  30. D'Alessandro, Anthony. "'Last Jedi' Now At $99M, 'Jumanji' Huge At $72M+; 'All The Money In The World' Opens To $2.6M – Christmas Weekend". Deadline Hollywood. December 26, 2017. 28 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  31. D'Alessandro, Anthony. "'Last Jedi' & 'Jumanji' Duel For No. 1 Over New Year's Weekend As 2017 Box Office Closes With $11.1B – Sunday Update". Deadline Hollywood. December 31, 2017. 31 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  32. "Smallest Second Weekend Drop: 1982-Present". Box Office Mojo. January 7, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 3, 2018.
  33. Mendelson, Scott. "Hugh Jackman's The Greatest Showman Just Set A New Box Office Record". Forbes. December 31, 2017. 31 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  34. D'Alessandro, Anthony. "'Jumanji' Goes Wild With $36M; 'Insidious' Rises To $29M+ – Sunday AM B.O. Update". Deadline Hollywood. January 7, 2018. 7 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  35. D'Alessandro, Anthony. "January Slows As Jumanji Takes No. 1 For 3rd Weekend With $19M To $20M; Older Guy Pics 12 Strong & Den Of Thieves In Mid-Teens". Deadline Hollywood. January 21, 2018. 4 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  36. D'Alessandro, Anthony. "Fox Controls Close To 40% Of Weekend B.O. Led By Maze Runner & Oscar Holdovers; Hostiles Gallops Past $10M". Deadline Hollywood. January 28, 2018. 27 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  37. D'Alessandro, Anthony. "Jumanji Poised To Be Dwayne Johnson's Highest Grossing Pic Of All-Time Stateside After Super Bowl Weekend Rebound". Deadline Hollywood. February 4, 2018. 10 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  38. "Top Grossing Movies that never hit #1, the Top 5 or Top 10". Box Office Mojo. 31 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  39. "The Greatest Showman (2017)". Rotten Tomatoes. Fandango Media. 2020-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  40. "The Greatest Showman reviews". Metacritic. 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  41. Anthony D'Alessandro. "'Last Jedi' Now At $99M, 'Jumanji' Huge At $72M+; 'All The Money In The World' Opens To $2.6M – Christmas Weekend". Deadline.com. December 26, 2017. December 28, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  42. "The Greatest Showman review". [Variety. December 20, 2017. December 23, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  43. "The Greatest Showman review". Chicago Sun-Times. December 20, 2017. November 29, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  44. "Why 'The Greatest Showman' is the feel-good movie the holiday season needs". Tampa Bay Times. December 20, 2017. October 7, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2018.
  45. "'The Greatest Showman' review". IGN. December 20, 2017. May 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2018.
  46. "Catchy musical 'The Greatest Showman,' like its central character, reshapes truth for entertainment". The Dallas Morning News. December 20, 2017. November 29, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2018.
  47. ""The Greatest Showman" Is Movie Magic". HuffPost. December 21, 2017. February 9, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2018.
  48. "The Greatest Showman review". Digital Spy. December 20, 2017. November 30, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2018.
  49. Alan Jones. "The Greatest Showman review: "pure musical entertainment of a sumptuous vintage"". Radio Times. December 20, 2017. 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  50. "'The Greatest Showman' review". RogerEbert.com. December 20, 2017. April 7, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2018.
  51. "'The Greatest Showman' is an undeniable spectacle with a infectious soundtrack". CLTure. December 15, 2017. September 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2018.
  52. "The Greatest Showman film review". Reelviews. December 21, 2017. October 21, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2018.
  53. "Hugh Jackman shines in 'The Greatest Showman'". St. Louis Post-Dispatch. December 20, 2017. October 7, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2018.
  54. "'The Greatest Showman' provide an eclectic feast for the senses". Pasadena Weekly. December 21, 2017. December 28, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 31, 2018.
  55. "Hugh Jackman and some Utah-grown talent deliver Barnum's bravado in musical 'The Greatest Showman'". The Salt Lake Tribune. December 20, 2017. June 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2018.
  56. "The Greatest Showman Review". Little White Lies. December 20, 2017. October 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2018.
  57. "'The Greatest Showman' Review: Hugh Jackman Sings And Dances His Way Into Holiday Hearts In Lively Family Musical". Deadline.com. December 20, 2017. July 28, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2018.
  58. LaSalle, Mick. "Greatest Showman' starring Hugh Jackman as Barnum magnificently idiotic". San Francisco's Chronicle. December 20, 2017. February 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 20, 2017.
  59. "'The Greatest Showman': Film Review". The Hollywood Reporter (ingilis). Prometheus Global Media, LLC. December 20, 2017. January 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  60. Travers, Peter. "Review: 'The Greatest Showman' Is 'a Shrill Blast of Nothing'". Rolling Stone. December 19, 2017. April 20, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  61. "'The Greatest Showman' turns Hugh Jackman's P.T. Barnum into a hero, and cons the audience in the process". The Hollywood Reporter (ingilis). December 20, 2017. October 6, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  62. Lee, Ashley. "AARP's Movies for Grownups Awards: 'The Post' Leads Nominees". The Hollywood Reporter. January 17, 2018. 31 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  63. Appelo, Tim. "Complete List of Winners at the 2018 Movies for Grownups Awards". Movies for Grownups. AARP. February 5, 2018. 26 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  64. Ford, Rebecca. "Artios Awards: Casting Society Reveals Film Nominees (Exclusive)". The Hollywood Reporter. January 2, 2018. January 11, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018. (#apostrophe_markup)
  65. THR Staff. "Oscars: 'Shape of Water' Leads With 13 Noms". The Hollywood Reporter. January 23, 2018. 23 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  66. Variety Staff. "Academy Award Winners 2018: The Complete List". Variety. March 4, 2018. March 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 11, 2018.
  67. Stone, Sasha. "Costume Designers Guild Announces Nominees". Awards Daily. January 10, 2018. 11 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  68. "Critics' Choice Awards: 'The Shape of Water' Leads With 14 Nominations". The Hollywood Reporter. December 6, 2017. February 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  69. Kilday, Gregg. "'Call Me by Your Name' Leads Dorian Award Nominations". The Hollywood Reporter. January 10, 2018. 10 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  70. Kilday, Gregg. "Dorian Awards: 'Call Me by Your Name' Hailed as Film of the Year". The Hollywood Reporter. January 31, 2018. 31 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  71. Ruby, Jennifer. "Empire Film Awards 2018: The Last Jedi leads the pack with nine nominations including Best Actress for Daisy Ridley". London Evening Standard. January 19, 2018. 14 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  72. Ritman, Alex. "'Star Wars: The Last Jedi' Leads Nominations for U.K.'s Empire Awards". The Hollywood Reporter. January 22, 2018. 25 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  73. "2017 Awards". Georgia Film Critics Association. January 8, 2018. 13 January 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018. (#invalid_param_val)
  74. Respers, Lisa. "Golden Globe nominations 2018: The list". Cnn.com. 2017-12-11. 2018-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  75. Giardina, Carolyn. "MPSE Golden Reel Awards: Baby Driver, Dunkirk Among Sound Editors' Nominees". The Hollywood Reporter. January 22, 2018. 16 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  76. Variety staff. "Sufjan Stevens, Greatest Showman, Girls Among Guild of Music Supervisors Awards Nominees". Variety. January 11, 2018. 30 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  77. "Truly Moving Picture Award". Heartland film. December 23, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 10, 2017. (#invalid_param_val)
  78. Giardina, Carolyn. "Makeup Artists and Hair Stylists Guild Awards: 'Darkest Hour,' 'Wonder' Lead Feature Nominees". Deadline.com. January 5, 2018. November 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018. (#apostrophe_markup)
  79. McNary, Dave. "'Black Panther,' 'Walking Dead' Rule Saturn Awards Nominations". Variety. mart 15, 2018. mart 15, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: may 11, 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]