"Görkəmli şoumen" (ing. The Greatest Showman) — 2017-ci ildə çıxarılmış ABŞ musiqili tarixi dövr dramı. Maykl Qreysinin Cenni Biks və Bill Kondonun ssenarisi əsasında çəkdiyi filmdə Hyu Cekman, Zak Efron, Mişel Vilyams, Rebekka Ferqünson, Zendaya və başqa aktyorlar rol almışlar. Filmin hekayəsi F.T. Barnum tərəfindən “Barnum & Bailey Sirki”nin yaradılmasından ilhamlanmışdır.
Görkəmli şoumen | |
---|---|
ing. The Greatest Showman | |
Janr | bioqrafik film, dram filmi, musiqili film, romantik film |
Rejissor | Maykl Qreysi |
Prodüserlər |
Lourens Mark Piter Çernin Cenno Topinq |
İcraçı prodüser | Ceyms Menqold |
Əsərin müəllifi | Cenni Biks |
Ssenari müəllifləri |
Cenni Biks Bill Kondon |
Baş rollarda |
Hyu Cekman Zak Efron Mişel Vilyams Rebekka Ferqünson Zendaya Kila Setl |
Operator | Simus MakQervi |
Bəstəkarlar |
Con Debni Cozef Trapanes |
İstehsalçılar |
20th Century Fox Chernin Entertainment Seed Productions Laurence Mark Productions TSG Entertainment Distribütor: Walt Disney Pictures |
Distribütor | 20th Century Fox, Disney+ |
İlk baxış tarixi |
8 dekabr 2017 (RMS Queen Mary 2) 20 dekabr 2017 (ABŞ)4 yanvar 2018 (Azərbaycan)[1] |
Müddət | 105 dəq.[2] |
Büdcə | $84 million[3] |
Gəlir | $431.9 milyon[4] |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
İl | 2017 |
IMDb | ID1485796 |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin əsas çəkilişlərinə 2016-cı ilin noyabrında Nyu-Yorkda başlanılmış, premyerası isə 8 dekabr 2017-ci ildə “RMS Queen Mary 2” okean laynerinə baş tutmuşdur. ABŞ-da film, sirkin fəaliyyətini dayandırmasından yeddi ay sonra, 20 dekabr 2017-ci ildə çıxarılmışdır.
“Görkəmli şoumen” əsasən qarışıq rəylər almış, tənqidçilər aktyorların ifasını (xüsusilə Cekmanı[5]), musiqi və istehsalı tərifləmiş, lakin, bəzi tənqidçilər onu “süni ruhlandırıcı və dərin olmayan” adlandırmışlar.[6][7] 75-cı Qızıl Qlobus mükafatının təəqdim edilməsi mərasimində film Ən yaxşı bədii film — Myuzikl və ya komediya, Ən yaxşı aktyor – Myuzikl və komediya (Cekman) və Ən yaxşı orijinal mahnı ("This Is Me") nominasiyalarında mükafata namizəd göstərilmiş və sonuncu nominasiyada mükafatı qazanmışdır.[8]
Fineas Teylor Barnum və atası Hallett ailəsi üçün çalışırlar. Azyaşlı Barnum ailənin qızı Çeriti Halletlə zarafat edir; bunu görən atası Barnuma şillə vurur, Çeritini isə otaqdan qovur. Sonradan uşaqlar küçədə görüşürlər, Çeriti kədərlənərək bildirir ki, atası onu pansinona göndərir, Barnum isə onu sakitləşdirərək bildirir ki, bu, ayrılmaq üçün səbəb olmayacaq. Cütlük yetkinlik yaşında yenidən görüşənə kimi (“A Million Dreams”) bir-biri ilə məktubla əlaqə saxlayır, onlar evlənir və Nyu-Yorkda övladlarını böyüdürlər (“A Million Dreams (Reprise)”) Onlar kasıb həyat sürsələr də Çeriti xoşbəxtdir, lakin Barnum daha çox inkişaf istəyir.
Barnumun işlədiyi dənizçilik kompaniyasının müflisləşməsindən sonra, o, işdən çıxarılır. Köhnə işverəninin itirilmiş gəmilərini zamin göstərərək bankı aldadan Barnum yeni iş başlamaq üçün böyük məbləğdə kredit ala bilir. Əldə etdiyi məbləğə Manhettenin ortasında böyük bir bina alan Barnum, “Barnum Amerikan Muzeyi” yaradır və muzeydə müxtəlif canlıların mum fiqurlarını nümayiş etdirir. Əvvəlcə satışlar zəif olur; Övladlarının məsləhəti ilə o “canlı” şou göstərmək qərarına gəlir və şou üçün “bədheybətlər” axtarır (“Coma Alive”). Etirazlar və pis rəylərə (həmin rəylərdən biri Barnuma “Barnumun sirki” adı üçün ideya verir) baxmayaraq Barnumun şousu çoxsaylı izləyici kütləsi cəlb edir.
Ali təbəqə arasında da məşhurlaşmaq üçün yollar axtaran Barnum, dramaturq Filipp Karlaylla tanış olur və onu sirklə birlikdə işləmək üçün yola gətirir ("The Other Side"). Tezliklə, Karlayl və sirkin afro-amerikan mənşəli trapez artisti Enn Uiller arasında romantik hisslər yaranır. Karlayl münasibətlərindən istifadə edərək Barnum və sirk iştirakçılarının Böyük Britaniya kraliçası Viktoriya ilə görüşünü təşkil edir. Həmin görüşdə isveçli opera müğənnisi Cenni Lindlə tanış olan Barnum onu ABŞ-da çıxış etməyə razı salır, özü isə müğənninin meneceri kimi çıxış edir. Lindin ifası ("Never Enough") zamanı valideynlərinin ona baxdığını görən Krlayl Uillerin əlini buraxır, ilk konsert uğurla başa çatır. Barnum konsertə gələn sirk truppasından olan aktyorlara zalda oturmağa yer vermir, daha sonra isə konsert zonrası ziyafətə buraxmır ki, bu da onların inciməsinə səbəb olur ("This Is Me"). Barnum sirkin fəaliyyətini Karlaylın öhdəsinə buraxaraq, Lindlə birlikdə ABŞ turnesinə çıxır. Karlayl Uiler üçün ilk dəfə teatra gəliş təşkil edir, lakin orada oğlunu keçmiş qulluqçu ilə birlikdə görən Karlaylın valideynləri onu təhqir edirlər. Teatrdan qaçan Uileri təqib edən Karlayl onu inandırmağa çalışır ki, istəsələr birlikdə ola bilərlər ("Rewrite the Stars"). Evdə qalıb uşaqların qayğısına qalan Çeriti həyat yoldaşından uzaqlaşdığını hiss edir ("Tightrope").
Tur zamanı Lind Barnuma qarşı romantik hisslər yaşayır, cavab ala bilmədikdə isə inciyərək turdan imtina edir. Sonuncu ifası zamanı o, səhnədə Barnumu öpür ("Never Enough (Reprise)"). Evə qayıdan Barnum əlehdarlarla teatr truppası arasında baş verən qarşıdurmada teatrın yandırılmasının şahidi olur. Yanğın nəticəsində teatr binası avadanlıqlarla birlikdə yanaraq məhv olur, Karlayl isə ağır yaralanır. Lind və Karlayl arasında romantik münasibətlər olması xəbəri Nyu-Yorka da çatır, Çeriti bankda zamin qoyulmuş evi tərk edərək atasının evinə qayıdır.
Depressiyaya düşən Barnum içməyə başlayır. Teatr heyəti onu pabda taparaq, sirki yenidən dirçəltməyə razı sala bilir; o, ali təbəqə arasına qarışmaq ideyasından imtina edərək əvvəlki işçiləri ilə yaxınlığa üstünlük verir ("From Now On"). Barnum həyat yoldaşının yanına gedərək münasibətlərini bərpa edir. Bankların sirkin bərpası üçün vəsait verməkdən imtina etməsi xəbərindən sonra Karlayl öz köməyini təklif edərək əvəzində iş partnyoru olmaq istədiyini bildirir və Barnum təkliflə razılaşır. Sirkin əvvəlki formada və bina şəklində bərpası çox baha başa gələcəyindən Barnu onun açıq havada və çadır içində bərpa edilməsinə qərar verir. Yeni yaradılmış sirk böyük uğur qazanır; Barnum şounu Karlayla etibar edərək ailəsinə daha yaxın ola bilmək üçün təqaüdə çıxır ("The Greatest Show").
Layihə haqqında ilk dəfə 2009-cu ildə məlumat verilmiş və Cekmanın baş rolu canlandıracağı bildirilmişdir.[10] 2011-ci ilin avqust ayında Maykl Qreysinin rejissor olacağı açıqlanmışdır.[11] 2013-cü ildə Fox şair cütlüyü Pasek və Polu film üçün mahnıların yazılması işinə cəlb etmişdir.[12] Hyu Cekmanın sözlərinə görə, layihənin inkişaf etdirilməsinin yeddi il uzanmasına səbəb studiyanın orijinal myuziklla risk etməkdən çəkinməsi olmuşdur.[13]
15 iyun 2016-cı ildə Zak Efron[14], iyulda isə Mişel Vilyamsın layihədə rol alması haqqında məlumat yayılmışdır.[15][16][17][18]
Filmin sınaq çəkilişləri 2016-cı ilin oktyabrında Nyu-Yorkda keçirilmiş, əsas çəkilişlər isə 22 noyabr 2016-cı ildə həmin şəhərdə baş tutmuşdur.[19][20]
2017-ci ilin dekabrında əvvəllər də Hyu Cekmanla birlikdə müxtəlif layihələr üzərində (o cümlədən “Loqan” filmi) çalışmış Ceyms Menqoldun filmin əlavə çəkilişləri və post-prodakşn işləri ilə məşğul olacağı elan edilmişdir. Bunun əsas səbəbi filmin rejissoru olan Qreysinin $84 milyonluq büdcədən narazı qalması olmuşdur. Meqold sonradan həm də icraçı prodüser kimi qeyd edilmişdir.[21]
Filmin musiqi albomuna aktyor heyəti tərəfindən ifa edilmiş mahnılar daxil edilmişdir.
Filmin premyerası 8 dekabr 2017-ci ildə Nyu-Yorka üzərin “RMS Queen Mary 2” gəmisində baş tutmuşdur. 20 dekabr 2017-ci ildə film ABŞ-da çıxarılmışdır.[22][23]
28 iyun 2017-ci ildə 20th Century Fox tərəfindən filmin ilk beynəlxalq treyleri çıxarılmışdır. 13 noyabr 2017-ci ildə ikinci treyler çıxarılmışdır.[24]
17 dekabr 2017-ci ildə Fox tərəfindən “Warner Bros. Studios”dan canlı yayımlanan “A Christmas Story Live!” buraxılışı (Pasek və Polun “A Christmas Story: The Musical” adlı musiqili tamaşası əsasında hazırlanmışdı) zamanı filmdən olan "Come Alive" mahnısının canlı ifası təqdim edilmişdir. Həmin ifada filmin aktyor heyəti və 150 rəqqas iştirak etmişdi.[25][26]
6 may 2018-ci ildə $84 milyon büdcəsi olan “Görkəmli şoumen” filminin gəlirləri ABŞ və Kanadada $173.8 milyon, digər ərazilərdə $258.1 milyon, ümumi gəlirləri isə $431.9 milyon olmuşdur.[4] Bu, Şimali Amerikada dördüncü, ümumilikdə isə beşinci ən çox gəlir gətirmiş myuzikl olmuşdur. “Deadline Hollywood” isə filmin $50–100 milyon arası gəlir gətirəcəyini ehtimal edir.[27]
ABŞ və Kanadada “Görkəmli şoumen”, Cumanci: Cəngəlliyə xoş gəlmisiz” filmi ilə eyni zamanda çıxarılmış və ilk altı günündə 3.006 kinoteatrdan $21 milyon gəlir gətirmişdir.[28][29] İlk və ikinci günündə film müvafiq olaraq $2 milyon gəlir gətirmişdir. Üç həftəsonu nəticəsində filmin gəlirləri $9 milyona çatmış (altı gün ərzində ümumilikdə $19 milyon) və o, “Ulduz müharibələri: Sonuncu ceday”, "Cumanci: Cəngəlliyə xoş gəlmisiz” və “İdeal səs 3” filmlərindən sonra dördüncü olmuşdur.[30] İkinci həftəsonunda $15.5 milyon gəlirlə film yenə də dördüncü olmuşdur.[31] 3000-dən çox kinoteatrda göstərilən film üçün 76.3% artım ən böyük, kino tarixində isə dördüncü ən böyük nəticə olmuşdur.[32][33] Üçüncü həftəsonunda film, $14 milyonla 11% aşağı nəticə göstərmişdir.[34]
Dördüncü həftəsonunda film, $13 milyon, beşinci həftəsonunda $11 milyon gəlirlə müvafiq olaraq dördüncü və beşinci nəticələri göstərmişdir.[35] Altıncı həftəsində də yaxşı nəticə göstərən film $9.5 milyon gəlirlə dördüncü yerə qayıtmış[36], yeddinci həftəsində $7.8 milyonla gəlirləri 18% aşağı düşsə də dördüncü yerdə qalmışdır.[37] Bu, heç vaxt birinci yerə qalxmamış film üçün 13-cü ən yaxşı göstəricidir.[38]
Rəy aqqreqatoru “Rotten Tomatoes” 191 tənqidçinin rəyi əsasında filmə 55% təravətli 6/10 bal verir. Sayt tənqidçilərinin ortaq rəyində isə deyilir ki, ““Görkəmli şoumen” izləyiciliəri, aid olduğu mürəkkəb mövzuyla bağlı mürəkkəb ssenarisi ilə yox, Barnum-sayağı gözqamaşdırmaları ilə təəccübləndirməyə çalışır.”[39] “Metacritic”də 43 tənqidçinin rəyinə əsasən 48/100 balla qiymətləndirilən film “qarışıq və orta rəylər” almışdır.[40] “CinemaScore”da səs verən izləyicilər A+ — F şkalası üzrə filmi A dərəcəsi ilə qiymətləndirmişlər.[41]
“Variety”dən Ouen Qleyberman filmə müsbət rəy verərək yazır ki, “Görkəmli şoumen elə bir filmdir ki, onda hər şey yerində durur və yalnız bir saat qırx beş dəqiqə sonra uçaraq, F. T. Barnum və bu günün ruhu ilə əlaqə yaradır.”[42] “Chicago Sun-Times”dan Riçard Roper filmə ¾ ulduz verərək deyir ki, “Görkəmli şoumen köhnə əhval-ruhiyyəsi ilə çox müasir problemlərə toxunur. P.T. Barnum özü dramatic yüngüllüyü təqdir edərdi.”[43] “Tampa Bay Times”dan Stiv Persall filmə “A” dərəcəsi verərək deyir ki, “Görkəmli şoumen bayram mövsümündə ehtiyac duyulan yaxşı əhval filmidir”.[44] “IGN”dən Uilyam Bibbiani isə filmə 7.9/10 bal verir və “dəhşətli əyləncəli” adlandırır.[45]
“The Dallas Morning News”dan Britton Pile deyir ki, “Hekayə yaxşıdır və aktyorlar yaxşı oynayırlar, lakin, “Görkəmli şoumen”in əsas müsbət cəhəti onun musiqi nömrələridir”.[46] “Huffington Post"dan Cekki Kuper filmə 10/10 bal verərək yazır: “Musiqi və ekranda baş verən magiya size valeh edəcək. Film, bu günün problemlərinə cava bola biləcək gözəl mesaj ötürür.”[47] “Digital Spy”dan Hyu Armitaj deyir ki, “Görkəmli şoumen çoxlu xoş təəssüratlarla doludur. Bütün ailə üçün nəzərdə tutulmuş əla mənzərədir.”[48] “Radio Times”dan Alan Cons yazır ki, “vizual parlaqlığın sevinclə yüksələn dumanı, stilli xareoqrafiya və qızılı sehr bir zamanlar musiqili filmlərn təklif etdiyi grünüşə yaxınlaşmaq üçün düşünülmüşdür.”[49]
“RogerEbert.com”dan Şeyla O'Malli filmə 3.5/4 bal verərək yazır ki, “Görkəmli şoumen yaddaqalan mahnılara üstünlük verən saf əyləncədir”.[50] “CLTure”dan Duqlas Devidson yazır ki, “Yoluxucu musiqiyə malik olan film gözlərimizi qamaşdırır və sevinc bəxş edir.”[51] “ReelViews”dan Ceyms Berardinelli filmə ¾ bal verərək deyir ki, “film, yaddaqalan melodiyaların müşayət etdiyi gözəl xareoqrafik nömrələr nümayiş etdirir”.[52] “St. Louis Post-Dispatch”dan Kelvin Vilson isə filmin “çox xoş” olmasını qeyd edir.[53]
“Pasadena Weekly”dən Karl Kozlovski filmə “A” dərəcəsi verərək, onu “novator və böyük innovator” adlandırır.[54] “The Salt Lake Tribune”dan Şon P. Mins filmə 3.5/4 bal verir və deyir ki, “güclü aktyor heyəti romantikləşdirilmiş və melodikləşdirilmiş bioqrafik filmə emosional güc bəxş edir.”[55] “Little White Lies”dan Manuela Lazik filmə 4/5 baş verir və deyir ki, “Görkəmli şoumen Milad klassikası olmağa layiqdir. Ağır romantika və təsiredici entuziazm filmi həyatı təsdiqləyən edir.”[56] “Deadline Hollywood”dan Pit Hemmond filmə 4/5 bal verir və “bayram əhvallı kütlə üçün hazırlanmış mahnı və rəqs fantaziyası” adlandırır.[57]
“San Francisco Chronicle”dan Mik LaSalli filmə mənfi rəy yazaraq mahnılar və personajları tənqid edir və yazır “Biri var idiotik, biri də var möhtəşəm, “Görkəmli şoumen” isə nadir hallarda qarşımıza çıxan xüsusi haldır. O, möhtəşəm idiotikdir. Film, o qədər ciddi, sıxıcı və səhvlərlə doludur ki, yeganə çıxış yolu üzünüzü əlinizlə örtərək ona barmaqlarınız arasından baxmaqdır – və o, yaxşı çəkilib.”[58] “The Hollywood Reporter”dən Devid Runi də filmə mənfi rəy verərək yazır: “Film, ailə, dostluq və münasibət mövzularını təmələ alaraq personaj və onun tarixi ilə bağlı həqiqətlərə göz yumur.”[59]
“Rolling Stone” jurnalından Piter Travers filmə 1.5/4 bal verərək deyir ki, “Necə virtuoz Hyu Cekmanı Barnum roluna seçmək, Oskar laureatları Ben Pasek və Castin Polun musiqilərindən istifadə etmək və istehsala kifayət qədər vəsait ayırmamaq olardı?”[60] “Los Angeles Times”dan Castin Çanq yazır ki, “filmin uğursuzluğu daha dərin köklərə malikdir: auditoriyanın intellektinə olan inamın yoxluğu və və estetik ikiüzlüyün büruzə verilməsi. Nadir hallarda bu cür xoşbəxtlik bayrağı dalğalandırmağa çağıran birxətli myuzikllarla qarşılaşırıq.”[61]
Mükafat | Mərasim tarixi | Kateqoriya | Nominant | Nəticə | İstinad(lar) |
---|---|---|---|---|---|
AARP Yeniyetmələr üçün film mükafatı | 5 fevral 2018 | Ən yaxşı yeniyetmə sevgi hekayəsi | Görkəmli şoumen | Qazandı | [62][63] |
Amerika Kastinq Cəmiyyəti | 18 yanvar, 2018 | Böyük büdcə – komediya | Bernard Telsi, Tiffani Litl Kenfild, Rori Berqman və Patrik Qudvin | Qazandı | [64] |
Oskar mükafatı | 4 mart 2018 | Ən yaxşı orijinal mahnı | "This Is Me" – Benj Pasek və Castin Pol | Namizəd | [65][66] |
Kostyum Dizaynerləri Gildiyası | 20 fevral 2018 | Dövr filmində mükəmməllik | Ellen Mirojnik | Namizəd | [67] |
Tənqidçilərin Seçimi Film Mükafatı | 11 yanvar 2018 | Ən yaxşı mahnı | "This Is Me" | Namizəd | [68] |
Dorian mükafatı | 24 fevral 2018 | İlin qrup işi | Görkəmli şoumen | Namizəd | [69] [70] |
İmperiya mükafatı | 18 mart 2018 | Ən yaxşı kostyum dizaynı | Görkəmli şoumen | Namizəd | [71] [72] |
Ən yaxşı makiyaj və saç düzümü | Görkəmli şoumen | Namizəd | |||
Corciya Film Tənqidçiləri Assoasiyası | 12 yanvar 2018 | Ən yaxşı orijinal mahnı | "This Is Me" – Benj Pasek və Castin Pol | Namizəd | [73] |
Qızıl Qlobus mükafatı | 7 yanvar 2018 | Ən yaxşı film – Myuzikl və ya komediya | Görkəmli şoumen | Namizəd | [74] |
Ən yaxşı aktyor — myuzikl və ya komediya | Hyu Cekman | Namizəd | |||
Ən yaxşı orijinal mahnı | "This Is Me" | Qazandı | |||
Qızıl rulon mükafatı | 18 fevral 2018 | Səs montajında əlamətdar uğur – Myuzikl | Cen Monnar, Cim Harrison, Ceff Karson, Piter Mayls və Şeri Ozeki | Qazandı | [75] |
Musiqi supervayzerləri gildiyasının mükafatı | 8 fevral 2018 | Film üçün ən yaxşı musiqi supervayzerliyi: 25 milyondan az büdcə üçün | Benj Pasek və Castin Pol | Namizəd | [76] |
Film üçün Ən yaxşı mahnı/səsyazma | "This Is Me" – Benj Pasek və Castin Pol | Namizəd | |||
Hartlend Film Festivalı | 31 dekabr 2017 | Truly Moving Picture Award | Maykl Qreysi | Qazandı | [77] |
Makiyaj rəssamları və saç stilistləri gildiyası | 24 fevral 2018 | Bədii film: Ən yaxşı tarixi və ya personaj makiyajı | Nikki Ledermann, Taniya Ribalou və Sandey Englis | Namizəd | [78] |
Saturn mükafatı | iyun 2018 | Ən yaxşı döyüş və macəra filmi | Görkəmli şoumen | Gözlənilir | [79] |
Ən yaxşı kostyum dizaynı | Ellen Mirojnik | Gözlənilir | |||
Ən yaxşı musiqi | Con Debni və Cozef Trapaneze | Gözlənilir |