Göstər özünü

Göstər özünü (ing. Shake It Up) — Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-cu ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella TornZendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam AyrqoynKenton Dati serialın əsas rollarını bölüşür. Serialın orijinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orijinal serialıdır.

Göstər özünü
ing. Shake It Up
Janr Komediya
İlk baxış tarixləri 7 noyabr 2010
Yaradıcısı Kris Tompson
Rollarda Bella Torn
Zendaya
Deyvis Klevilənd
Raşan Fiqan
Adam Ayrqoyn
Kenton Dati
Karolin Sanşayn
Bəstəkar Ceyni Luri
Eyras Arçontis
Çin Niman
İstehsalçı ölkə ABŞ ABŞ
İl 2010 - 2013
Studiya It's a Laugh Productions
Disney Channel Original Productions
Dil İngilis dili
Rəng Rəngli
Mövsüm sayı 3
Seriya sayı 75
Davametmə müddəti 23 dəq.
IMDb ID1661326
disney.ru/shake-it-up/in…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bella Torn və Zendaya
Rol Aktyor/aktrisa
Sisi Cons Bella Torn
Raki Bulu Zendaya Koulman
Flin Cons Deyvis Klevilənd
Tay Bulu Raşan Fiqan
Düs Martinez Adam Ayrqoyn
Qunter Hesenhepa Kenton Dati
Tinka Hesenhepa Karolin Sanşayn
rəqsçi Kameron Boys