Göstərmələr

Göstərmələr (lat. Phasmida) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi.

Göstərmələr
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Dəstə:
Göstərmələr
Beynəlxalq elmi adı

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Göstərmələrin çox nazik, uzunsov, bəzən də enli yarpaqşəkilli bədəni vardır. Baş hissəsi iri deyildir və proqnatik tipdədir. Bığcıqları sapşəkilli və ya qılşəkillidir, bəzən də çoxbuğumlu olur. Ağız orqanları gəmiricidir. Ayaqları eyni ölçüdədir, pəncələri demək olar ki, 5 buğumludur. Qanadları adətən olmur, olanda da ön qanadlar arxa qanadlara nisbətən qısa olur. Qarın hissəssi 10 buğumludur, qurtaracağında bir buğumlu serqi və dişilərdə isə yumurtaqoyan vardır. Göstərmələr bitki ilə qidalanırlar. Ən çox otluq sahələrdə, həmçinin kolluqlarda rast gəlinir və yavaş hərəkət edirlər. Yaşadıqları bitkilərin rənginə uyğun olaraq, yaşıl, qonur və ya boz rəngdə olurlar. Rəng və quruluşlarına görə bitkilərin müəyyən hissələrinə oxşayırlar ki, bununla da öz döşmənlərindən mühafizə olunurlar. Həmçinin kateleptik vəziyyətinə düşərək hərəkətsiz olmaq xüsusiyyətinə də malikdirlər.

Sceptrophasma bituberculatum (Redtenbacher, 1889) Azərbaycanda yayılmış yeganə növdür. Rəngi bozdur. Şoranotu, yovşan kollarında tez-tez nəzərə çarpır, ətraf bitkilərin fonuna tamamilə uyğun gəlir. Uzunluğu 50–80 mm-ə çatır.

  • Agathemerodea
    • Agathemeridae
  • Timematodea
    • Timematidae
  • Verophasmatodea
    • Anareolatae infradəstəsi
      • Diapheromeridae
      • Phasmatidae
    • Areolatae infradəstəsi
      • Aschiphasmatidae
      • Bacillidae
      • Heteropterygidae
      • Phylliidae
      • Heteronemiidae
      • Pseudophasmatidae