Gövhər sultan — Şirvanşah şahzadəsi, Sultan Yaqubun xanımı.[1]
Gövhərşah Sultan | |
---|---|
1478 – 1490 | |
Əvvəlki | Dəspinə xatun (ən son bilinən) |
Şəxsi məlumatlar | |
Atası | I Fərrux Yasar |
Anası | Qaytaq usmisi Adil bəyin bacısı |
Həyat yoldaşları | Sultan Yaqub, Eybə Sultan |
Uşaqları |
I Fərrux Yasarın qızı idi. Gövhərşah sultanın gəncliyi haqqında çox məlumat yoxdur. 1490-cı ildə Sultan Yaqub qəflətən, müəmmalı şəkildə öldü. Bəzi iddialara görə Sultan Yaqubu məhz Gövhər sultan qətlə yetirmişdir.[2]
Uzun Həsənin oğlu və varisi Yaqub bəy (h. 883-896 (1478-1490)-cı illər) xarici düşmənlərlə mübarizədə Şirvanşahın dayağı idi. O, Fərrux Yasarın Qaytaq usmisi Adil bəyin bacısından doğulan qızı Gövhər Sultana evlənmişdi. Yaqub bəyin ondan Baysunqur Mirzə və Murad Mirzə, yaxud Sultan Murad adlı iki oğlu olmuşdu.