Göyərçinada (türk. Güvercinada) — Türkiyənin qərbində, Aydın ili, Kuşadası ilçəsinə daxil olan kiçik ada. Ada ensiz süni bərzəxlə materikə birləşir. Bu yolun uzunluğu 350 metr (1 150 fut) təşkil edir[1].
Göyərçinada | |
---|---|
türk. Güvercinada | |
Yerləşməsi | |
37°51′49″ şm. e. 27°14′52″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Vilayət | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Quşadası ilçəsi, Hacı Feyzullah məhəlləsində yerləşən adada keçmişdə başda göyərçinlər olmaq üzrə çox sayda quş var idi. Bu da Göyərçinada və ya Quşadası adlarının kökləri haqqında bizə məlumat verməkdədir.
Adada quş adası adı ilə tanınan qala vardır. Bu ada Quşadası körfəzinə açılır. Bizans dönəmində Scala Nouva adıyla anılan Quşadası 1390-cı idə Osmanlı imperiyası tərəfindən ələ keçirilir. 1402-ildə Teymur tərəfindən alınan qala Osmanlıda çoxhakimiyyətlilik dövrü sonrası 1413-cü ildə I Mehmed tərəfindən Osmanlı torpaqlarına qatılmışdır. Quşadası körfəzinin ağzında limanı koruyan bir məqamda qala inşa edilmişdir. Keçmişdə bir çox sahil şəhərlərində olduğu kimi burada da denizden gələbiləcək hücumlara qarşı inşa edilir. Qalanın divarları İlyas Ağa tərəfindən inşa edilmişdir. Qüllənin inşası ilə Xeyrəddin Barbarossa tapşırır. 1671 tarixində Quşadası və çevrəsini ziyarət edən məşhur Osmanlı səyyahı Övliya Çələbi Səyahatnaməsində Quşadası və Göyərçinada qalası haqqında önəmli məlumatlar vermişdir. 1768–1774 Osmanlı-Rus müharibəsi dövründə yunan üsyanlarından qorunmaq məqsədilə qalaya daxili divarlar çəkilir (1770). 1834-cü ildə qalada yenidən bərpa işləri aparılır. Hündürlüyü 3 metrə (9,8 fut) çatan qala divarları, adanı bütünlüklə əhatələmişdir. Tikintidə istifadə olunan daş materialları İlançıburnu karxanasından gətirilmişdir. Qalaya giriş şərq hissədəndir. Burada iki qüllə vardır. Şimal hissədə yerləşən qüllə beş bucaqlıdır, cənubdakı isə silindirikdir. Qalanın qapılarının üstündəki yazı yeri boşdur. Şimal qülləsindəki kitabə dörd sətirdən ibarətdir və hicrətin 1242-ci ili qeyd olunur (1826-cı il)[2]. Qala 2020-ci ildə Ümumdünya İrsi Siyahısına daxil edilmişdir[3]. Quşadası körfəzinin ağzında limanı qoruyan bir məqamda inşa edilən qalaya turizm cəlb etmək məqsədilə 1950-ci illərin sonunda bir bənd inşa edilir. Bununlada ada materikə birləşir.