Göynük rayonu — 1930–1931-ci illərdə Azərbaycan SSR ərazisində, Nuxa, yaxud Şəki dairəsinin[q 1] tərkibində inzibati ərazi.
Göynük rayonu | |
---|---|
Göynük rayonu Cəfərabad rayonu və bir çox rayonlarla birlikdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə yaradılmış və 1931-ci ilin fevralında hər ikisinin bəzi rayonlarla birlikdə ləğv edilmişdir. Lakin ilin sonunda nəşr olunmuş "Şəki fəhləsi" qəzetində Göynük rayonunun hələ ləğv edilmədiyi görünür. Ləğv edildikdən sonra ərazisi yeni yaradılmış Nuxa rayonunun tərkibinə keçmişdir.