Cəfərabad rayonu

Cəfərabad rayonu — 1930–1931-ci illərdə Azərbaycan SSR ərazisində, Nuxa, yaxud Şəki dairəsinin[q 1] tərkibində inzibati ərazi.

Cəfərabad rayonu
Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1930
Ləğv edilib 1931

Rayonun inzibati mərkəzi Cəfərabad kəndi idi. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə Göynük rayonu və bir çox rayonlarla birlikdə yaradılmış və 1931-ci ilin fevralında hər ikisinin bəzi rayonlarla birlikdə ləğv edilmişdir. Lakin ilin sonunda nəşr olunmuş "Şəki fəhləsi" qəzetində Cəfərabad rayonunun hələ ləğv edilmədiyi görünür. Ləğv edildikdən sonra ərazisi yeni yaradılmış Nuxa rayonunun tərkibinə keçmişdir.

  1. "Şəki fəhləsi" qəzetindən məlum olur ki, bu dairə Qax, Vartaşen, Cəfərabad Göynük rayonlarından və Nuxa şəhərindən ibarət idi. Lakin, dairənin adı barədə qəzetdə məlumat yoxdur. Nuxa dairəsindən əvvəlki Zaqatala-Nuxa dairəsi (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi nəzdində Prezident Kitabxanasının internetə yerləşdirdiyi "İnzibati ərazi vahidləri" adlı PDF fayla görə) 6 iyul 1929-cu il tarixli "Şəki fəhləsi" qəzetində "Zaqatala-Şəki mahalı" adı ilə göstərilir.