Göyrüş mənənəsi (lat. Prociphilus fraxini., 1841)- az rast gəlinən və miqrasiya edən növdür.
Göyrüş mənənəsi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Göyrüş mənənəsi |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Mənənələrin bədənin üzəri ağ rəngli xəzlə örtülmüşdür.
Az rast gəlinən və miqrasiya edən növdür. Parklarda böyük zədələnmələr əmələ gətirir. Azərbaycan şəraitində yalnız adi göyrüş üzərində qeydə alınmışdır. Mənənələr yumurta şəklində göyrüş ağacının budaqları və yaxud Mordvilkonun məlumatına görə (1929), ağ şam ağacının kökləri üzərində qanadsız miqrasiya edən fərdlər halında yaşayırlar. Onlar yarpaqlarının əsas damar hissəsinin aşağı tərəfində məskən salırlar. Mənənənin sorması nəticəsində yarpağın damarı aşağı əyilib, yarpaq yumağı əmələ gətirir. Yaz fəslində göyrüş üzərində iki nəsil inkişaf edir: əsasqoyan və qanadlı miqrasiya edən fərdlər. Əmələgəlmə şəraitindən asılı olaraq onlar dərhal ağ şam ağacının kökləri üzərinə köçürlər. Sentyabr ayında həmin bitkinin kökləri üzərində əmələ gələn qanadlı fərdlər yenidən göyrüş üzərinə uçuşaraq cinsi nəslin əsasını qoyurlar.[1]
Şimali-qərb, cənubi-qərb Krım, Qafqaz, Orta və Cənubi Avropa. Azərbaycanda Abşeron-Botanika bağı, Naxçıvan MR, Şəki-Zaqatala, Lənkəran rayonlarında qeydə alınmışdır.