Gözəl Ramazan qızı Sitdikova (başq. Гүзәл Рамаҙан ҡыҙы Ситдиҡова; 10 iyun 1952, İnzer[d], Başqırd MSSR) — Rusiya ictimai və siyası xadimi, yazıçı, tərcüməçi, Başqırd Muxtar Sovet Sosialist Respublikası ali parlamentinin XII çağırış deputatı, Başqırdıstan parlamentinin deputatı (1995—2008), Başqırdıstan Respublikasının İctimai Palatasının üzvü (2011—2012), Başqırdıstan Respublikasının başqırd qadınlar cəmiyyətinin nümayəndəsi(2004—2011), Başqırdıstan Respublikasının Yazıçılar ittifaqının üzvü(1995), 2012-ci ildən Vikimedia Könüllülər Hərəkatının iştirakçısı.[2]
Gözəl Sitdikova | |
---|---|
başq. Гүзәл Рамаҙан ҡыҙы Ситдиҡова | |
Doğum tarixi | 10 iyun 1952 (72 yaş) |
Doğum yeri |
|
Təhsili |
|
Fəaliyyəti | şair, yazıçı, jurnalist, tərcüməçi, ictimai xadim |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Gözəl Ramazan qızı Sitdikova, 1952-ci il iyunun 10-da Başqırd Muxtar Sovet Sosialist Respublikası Belores rayonunun İnzər kəndində anadan olmuşdur. 1967-ci ildə səkkizillik məktəbi bitirərək Belores pedaqoji məktəbinə daxil olur. 1971-ci ildə 1N-li internat-məktəbdə tərbiyyəçi, daha sonralar isə Belores rayonunun müxtəlif təhsil məktəblərində dərs demişdir.[3]
1980-cı ildə Çelyabinsk Dövlət mədəniyyət İnsitutunun Kitabxanaçılıq fakultəsini bitirmişdir. O, Belores Rayonunun "Ural" qəzetinin 1983-cü ildən əməkdaşı, 1986-cı ildən şöbə rəhbəri, 1987-ci ildən isə redaktor müavini kimi fəaliyyət göstərmişdir.
1989-cu ildən 1995-ci ilə kimi "Ural" qəzetinin baş redaktoru olmuşdur. O zaman Başqırd Muxtar Sovet Sosialist Respublikası ali sovetinə deputat seçilmişdir. 1995—2008-ci illərdə Başqırdıstan Parlamentinin I—III çağırışının deputatı, 2011—2012-ci illərdə Başqırdıstan Respublikasının İctimai Palatasının üzvü olmuşdur. 2004—2011-ci illərdə Başqırdıstan Respublikası başqırd qadınları Cəmiyyətinin nümayəndəsi kimi fəaliyyət göstərmişdir. Ümumdünya Başqırd Qurultayında iştirak etmişdir.[4]
Gözəl Ramazan qızı Sitdikovanın şeirlər toplusundan ibarət ilk kitabı-"Йәш көстәр" (Gənc güclər) 1984-cü ildə nəşr olunmuşdur. Hal hazırda 11 kitab və 20 elmi nəşrin müəllifidir. Fəal ictimai fəaliyyət göstərir. Xarici poeziyanın başqırd dilinə tərcüməsi ilə də məşğul olur. Onun bir sıra nəşr olunmuş kitabları rus dilinə tərcümə olunmuşdur.
1995-ci ildən Başqırd Respublikası Yazıçılar İttifaqının üzvüdür. Müxtəlif ədəbi janrlarda fəaliyyət göstərir.
2022-ci ildən Başqırd Respublikasının xalq şairi[5].