Beloret rayonu (başq. Белорет районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Beloretsk şəhəridir.
Beloret rayonu | |||||
---|---|---|---|---|---|
Белорет районы | |||||
|
|||||
53°50′ şm. e. 58°36′ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Beloretsk | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 20 avqust 1930 | ||||
Sahəsi |
|
||||
Hündürlük | 691 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Başqırd (Cənubi) Uralının ən yüksək hissəsində, şimalda Çelyabinsk vilayəti ilə həmsərhəddir. Sahəsinə görə (11,501 km²) Başqırdıstanın ən böyük rayonudur.
1920-ci illərə qədər müasir Beloret vrayonunun ərazisi Orenburq vilayətinin Yuxarı Ural qəzasına daxil idi. Oktyabr Sosialist İnqilabından sonra, 1917-ci ildə ərazi Ufa vilayətinin Katay volostunun bir hissəsi olur. Sonra Başqırsıstan Muxtar Sovet Sosialist Respublikasının Tamyan-Katay kantonuna daxil olur.
Beloret rayonu Başqırdıstan Muxtar Sovet Sosialist Respublikasının kantonlara bölünməsinin ləğv edildiyi və 48 rayonun yarandığı 20 avqust 1930-cu il tarixli "Başqırd Muxtar Sovet Sosialist Respublikasının inzibati bölgüsü haqqında" Ümumrusiya Rəyasət Heyətinin qərarı ilə qurulur. 1954-cü ildə qurulması planlaşdırılan Magnitoqorsk vilayətinin bir hissəsi olması plana salınır.
Başqırdlar və Kaqa, Avzyan kəndlərindən olan fabrik işçiləri Puqaçev qiyamının fəal iştirakçıları olmuşdur[2].
Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[3]:
2024 - 100,69 min nəfər.
2035 - 95,44 min nəfər.
2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: ruslar - 59,8%, başqırdlar - 30,8%, tatarlar - 6,8%, digər millətlərdən olanlar - 2,6%[4].
Şəhər şəraitində (Beloretsk şəhər) rayon əhalisinin 63,69 % -i yaşayır.
Kənd təsərrüfatı torpaqlarının sahəsi 106,4 min hektardır (ümumi torpaq sahəsinin 9,2% -i Başqırdıstanın ən aşağı hissəsidir). Bunlardan əkin sahələri 25,3 min hektar, biçənəklər 55,7 min hektar, otlaqlar 25.4 min ha təşkil edir. Beloretsk Metallurgiya Zavodu uzun müddət şəhər meydana gətirən bir müəssisə olmasına baxmayaraq, hazırda şəhər özü bir metallurgiya istehsalı sənayesindən turizm mərkəzinə çevrilməkdədir. Burada Mratkino xizək kurortu fəaliyyət göstərir və otellər açılır.
Rayonda 53 ümumtəhsil məktəbi, o cümlədən 26 orta məktəb, 48 ictimai kitabxana, 52 klub müəssisəsi, 7 xəstəxana, Arski Kamen, Aqidel, Parus, Tengri tur bazaları, Abzak və Mratkino xizək mərkəzləri vardır.