Gözəl baladovdaq

Gözəl baladovdaq (lat. Chlamydotis undulata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinin dovdaqlar fəsiləsinin baladovdaq cinsinə aid heyvan növü.

Gözəl baladovdaq
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Növ:
Gözəl baladovdaq
Beynəlxalq elmi adı

Statusu[redaktə | mənbəni redaktə et]

Nadir növdür.

Kateqoriyası[redaktə | mənbəni redaktə et]

Azərbaycanda kritik vəziyyətdədir (CR). Yaxın gələcəkdə nəsli kəsilə bilər.

Qısa təsviri[redaktə | mənbəni redaktə et]

Ümumi rəngi kürən–bozdur və üzərində dalğavarı köndələn naxışlar var. Qarın tərəfi ağdır. Boynunun yanlarında qara zolaq, uzun lələklərdən ibarət boyunluq və başında kəkil var. Cavan quşların boyunluğu yoxdur [3].

Yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR üçün səciyyəvi quş olub. Keçmişdə Arazboyu bozqırlarda nəsil verib. 1926-cı il aprel-may aylarında Naxçıvan yaxınlığında cücələrini gəzdirməsi müşahidə edilib [4].

Yaşayış yeri və həyat tərzi[redaktə | mənbəni redaktə et]

Səhra, yarımsəhra və bozqırlar əsas yaşayış yerləridir. Gündüz fəal olur. Azərbaycanda XX əsrin əvvəllərinə qədər nəsil verib [5]. Son illərdə ancaq köç vaxtı rast gəlinir [6][7]. Rusiyada aprelin birinci yarısında yumurtlayırlar. Yumurtalarını kiçik çalaya (diametri 10-15 sm), bəzən isə birbaşa torpağın üzərinə, düz yerə qoyur. Adətən 3, tək-tək hallarda 2, yaxud 4 yumurta verir. Yalnız dişi quş kürt yatır, inkubasiya müddəti 23-28 gün çəkir. Yem rasionuna həşərat, kiçik sürünənlər və bitkilər daxildir [8].

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Səhra, yarımsəhra və bozqırların kənd təsərrüfatı bitkiləri altında intensiv istifadə edilməsi və böyük miqdarda mal-qara otarılması, qanunsuz ovçuluq.

Əhali üçün əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər[redaktə | mənbəni redaktə et]

Ovlanması qadağandır. Ordubad Milli Parkının yarımsəhra ərazilərində yasaqlıqlar kömək edir. Azərbaycanın (1989) və Naxçıvan Muxtar Respublikasının Qırmızı kitablarına, CİTES, Bonn və Bern konvensiyalarına daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər[redaktə | mənbəni redaktə et]

Azərbaycanda reproduktiv bərpa edilməli, oraya repatriasiya olunmalı və ciddi nəzarət altında saxlanılmalıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 169;
  4. Спангенберг Е.П., Судиловская А.М. Животный мир Азербайджана // Кн. Птицы, Баку, 1951, с. 143;
  5. Спангенберг Е.П., Судиловская А.М. Животный мир Азербайджана // Кн. Птицы, Баку, 1951, с. 143;
  6. Исаков Ю.А., Флинт В.Е. Семейств дрофиные // Птицы CССР. “Курообразные, журавлеобразные”. Ленинград, Изд. “Наука”, 1987, с. 492-502;
  7. Talıbov T.H. Qəşəng dovdaq-Chlamydotes undulata Jacquin // Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı. Cild 1. Naxçıvan, “Əcəmi”, 2006, s. 116-117
  8. Исаков Ю.А., Флинт В.Е. Семейств дрофиные // Птицы CССР. “Курообразные, журавлеобразные”. Ленинград, Изд. “Наука”, 1987, с. 492-502;

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Mustafayev Q.T., Tuayev D.Q. Gruiformes–Durnakimilər // Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes), “Elm”, 1977, s. 207-208;
  • Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.
  • Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı (II nəşr). Quşlar bölməsi.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]