Güşvər Fətulla qızı Şərifova (30 may 1962, Qacaran, Qafan rayonu) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2018).
Güşvər Şərifova |
---|
Güvşər Fətulla qızı Şərifova |
Doğum tarixi |
30 may 1962(1962-05-30) (62 yaş) |
Doğum yeri |
|
Milliyyəti |
azərbaycanlı |
Vətəndaşlığı |
|
Həyat yoldaşı |
|
Uşağı |
Asiman Ağayev |
Fəaliyyəti |
aktrisa |
Fəaliyyət illəri |
1984-cü ildən |
Təhsili |
|
Mükafatları |
|
Güşvər Şərifova 30 may 1962-ci ildə Ermənistan SSR-nin Kacaran şəhərində doğulub. 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1984-cü ildən 1995-ci ilədək C. Cabbarlı adına Gəncə Dövlət Dram teatrında aktrisa işləyib. 1995-ci ildən 2003-cü ilədək Bakı Kamera teatrında aktrisa işləyib. Həmçinin həmin illər C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının filialında redaktor işləyib. 2003-cü ilin oktyabrın 3-dən Gənc Tamaşaçılar teatrının aktrisasıdır.
10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]
Gəncə Dövlət Dram Teatrı
- Anya – ("Odlu Çarpazlar", İsmayıl Şıxlı) Mədəniyyət Nazirliyinin diplomunu alıb
- Güləsər – ("Dəli Kür" İsmayıl Şıxlı)
- Narıngül – ("Üçatılan" İlyas Əfəndiyev)
- Gülaçar – ("Atabəylər" Nəriman Həsənzadə")
- Əfsanə — (İtkin gəlin" Əlibala Hacızadə
- Nərgiz – ("Yandırılmış adam" Əlibala Hacızadə)
- Nazan – ("Yad qızı) Orxan Kamal)
- Cevriyə — ("Fosforlu Cevriyə" Suad Dərviş) (2 saat səhnədə qalır aktrisa)
- Zərqələm- ("İnsan ömrü bir nəğmədir" Xalidə Hasilova)
- Rəhimə — ("Ana vüqarı" Şərif Xusainov)
- Qarpine – ("Sokratla söhbətlər" R. Radzinski)
- Həlimə — ("Doğmalar" Rəhman Əlizadə)
- Məryəm- ("Qız atası" Əfqan)
- Sevinc- ("Qonşular" Fəridə Əlyarbəyli)
- Kiçik qız – ("Ölüm hökmü" Əlil Səmədli)
- Qız- ("Məhəbbət və xəyanət" Kiril Topalov)
- Lalə — ("İntizar" Surxay Səfər)
- Sənubər – ("Oxşarlar" Qərib Mehdiyev)
- Aybəniz – ("Bəraət" Altay Məmmədov)
- Aysel – ("Cavadxan" Nüşabə Məmmədova)
- Bikə — ("Onuncular " Tofiq Mahmud)
- Sona – ("1905-ci ildə" Cəfər Cabbarlı)
- Zərifə — ("Ata mülkü" Əkrəm Əylisli)
- Dobrina – ("Səadət yağış deyil" Novruz Gəncəli) Məd. Nazirli. Diplomunu alıb
- Ətriyyə- ("Artıq tamah" M. Yusifzadə)
- Səkinə — ("Mürafiə vəkilləri" M. F. Axundzadə)
- Qumral – ("Əliqulu evlənir" Sabit Rəhman)
- Ayxatun – ("Torpaqdan pay olmaz" Fikrət Sadıq)
- Kama – ("Kərgədan buynuzu" M. İbrahimbəyov)
- Süsən- ("Namus" A. Şirvanzadə)
- Aptekçinin qızı – ("Demoklisin qılıncı" Nazim Hikmət)
- İdmançı qız – ("İvan İvanoviç və başqaları" Nazim Hikmət)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
(rus bölməsi)
- Qlaşatay – ("Tayna" A. Axundova)
- Petuşok — ("Skaska o zolotom petuşke" A. Puşkin)
- Razboynitsa – ("Alibaba i sorok razboynits" Ərəb xalq nağılı)
- Rəqqasə — ("İndiyskaya fantaziya" R. Əliyev)
(azərbaycan bölməsi)
- York Hersoginyası – ("III Riçard" U. Şekspir)
- İzzət – ("Məkkəyə gedən yol" C. Məmmədquluzadə)
- Səlimə — ("Pəri Cadu" Ə. Haqverdiyev)
- Qarı – ("Göyçək Fatma" Azərbaycan xalq nağılı)
- Nazlı – ("Danışan gəlincik" A. Şaiq)
- Gülpəri – ("Qaraca qız" S. S. Axundov və A. Şaiq)
- Əzra – ("Şeyx Sənan" H. Cavid)
- Qətibə — ("Mən səni sevirəm" Ə. Əmirli)
- Xanım – ("Yatmış gözəl" B. Marvin)
- Missis Saurberi – ("Oliver Tvistin macəraları" C. Dikkens)
- Təlxək – ("Tıq-tıq xanım" A. Şaiq)
- Qız – ("Bir səbət tənhalıq" M. Vahidzadə)
- Xatirə ("Arzu və Murad" Sevinc Elsevər)
- Missis Prüsellüs ("Uzuncorab Peppi" A. Lindgren)
- Zəhra-("Sonluğun sonu" Rövşən Ağayev) monotamaşa azərbaycan, türk və ingilis dilində
Şuşa Dövlət Musiqili Dram Teatrı
- Ana – ("Anlaşılmazlıq" Alber Kamyu)
- Florans – ("Tələ" Rober Toma)
- Şərəf – ("Durna" Süleyman Rüstəm)
Bakı Kamera teatrı
- Pəri – ("Lənkəran xanının vəziri" M. F. Axundov)
- Xanpəri- ("Müsyö Jordan və Dərviş Məstəli Şah" M. F. Axundov)
- Solmaz- ("Şirə bənzər" R. İbrahimbəyov)
- Qayınana (film, 2011) — Gülbadam
- Aramızda qalsın (film, 2011-2013) — Gülbadam
- Həyat sən nə qəribəsən (teleserial, 2013) — Firuzə
- Sabaha doğru — tibb bacısı
- Əli və Nino (film)
- 2 ömür (film, 2016-2017) (bədii serial) — Nargilə
- İmtahan (teleserial, 2017) — Xalidə
- Əqrəb mövsümü (teleserial, 2022)
- Həmrəylik günü (film, 2022) — Arzu