Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Güclü istilər hər hansı bir ərazidə günəş şüaları ilə çox qızmış atmosfer havasının vəziyyətidir. Tropiklər arasında yerləşən rayonlarda güclü istilər havanın daimi səciyyəvi vəziyyətidir. Tropiklərdən kənar ərazilərdə iqlim yayın üçün səciyyəvi bir haldır. Azərbaycanın Aran rayonlarında və Naxçıvan MR-nın Arazboyu düzənliklərində hər il yay mövsümündə havanın temperaturu +350C və daha yüksək olan güclü istilər müşahidə edilir. Bəzən havanın temperaturu +400C-dən də çox olduğu hallar müşahidə edilir. Azərbaycanda bütün instrumental müşahidə dövrü ərzində ən yüksə mütləq maksimum temperatur 2000-ci ilin yayında Culfada qeyd edilmişdir.
Güclü istilər insan səhhətinə mənfi təsir göstər.[1] Güclü istilər zamanı hipertoniya, insult, əsəb sistemi və s. xəstəliklərin artması müşahidə edilir .[2] Əhali arasında istivurma və günvurma halları qeyd edilir[3]. Yüksək temperatur həmçinin sağlam insanların əmək fəaliyyətinə mənfi təsir göstərir, iş qabiliyyətinin effektivliyi aşağı düşür.