Gücləndirici qurğular

Gücləndirici qurğular— Qida mənbəyinin enerjisinin çıxış siqnalının enerjisinə çevrilməsi hesabına giriş elektrik siqnallarını gərginliyə, cərəyana və gücə görə gücləndirən qurğulara gücləndirici qurğular deyilir[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

1.1.Gücləndirici qurğunun ümumiləşmiş struktur sxemi.PNG

Elm və texnikanın bütün sahələrində elektrik siqnallarını gücləndirən qurğular geniş t ətbiq edilir. Bu, müxtəlif qeyri-elektrik fiziki kəmiyyətlərin çevrilməsi prosesində alınan zəif elektrik siqnallarının, icraedici qurğularının normal iş rejimlərini təmin edən səviyyəyə q ədər gücləndirilməsi tələbi ilə əlaqədardır. Göründüyü kimi, güclənmə prosesinin mahiyyəti qida mənbəyinin enerjisini giriş siqnalının dəyişmə qanununa uyğun olaraq çıxış siqnalının enerjisinə çevirməkdən ibarətdir. Bu proses idarəoluna bilən qeyri-xətti elementin (məsələn, tranzistorun) köməyi ilə yerinə yetirilir. Beləliklə, qida mənbəyi ilə ardıcıl qoşulan və giriş elektrik siqnalı ilə idarə olunan gücləndirici qurğu qeyri-xətti element üzərində yaradılır. Gücləndirici qurğunun girişinə gücləndirilən siqnalın mənbəyi, çıxışına isə yük müqaviməti qoşulur. Gücləndirici qurğunun ümumiləşmiş struktur sxemi şəkil 1.1-də verilmişdir. Göründüyü kimi, gücləndiricinin iş prinsipi zəif U1 siqnalının qida gərginliyi mənbəyi ilə əlaqədar olan çıxış dövrəsində kifayət qədər yüksək çıxış U2 gərginliyinin dəyişməsinin idarəolunmasına əsaslanmışdır. [2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Lazer diodu

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

https://www.kitabyurdu.org/kitab/derslik/945-elektrotexnika-radiotexnika-ve-elektronika.html

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-24.
  2. "Arxivlənmiş surət". 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-24.