Lazer diodu — Lazer İngilis dilində ing. Light amplification by stimulated Emission of Radiation (stimullaşdırılmış şua emissiyası ilə işıq gücləndirilməsi) cümləsindəki sözlərin baş hərflərinin alınmasından törədilmiş bir kəlmədir. Normal işıq, dalğa boyları müxtəlif, rəngarəng, yəni fərqli faza və tezliyə sahib dalğalardan meydana gəlir.[1]
Lazer işığı isə yüksək amplitudlu, eyni fazda, bir-birinə paralel, tək rəngli (monochromatic), uzun müddətli eyni tezlikli dalğalardan ibarətdir. Optik tezlik bölgəsi təxminən olaraq 1x109 Hs ilə 3x1012 Hs arasında yer alır. Bu bölgə, qırmızı sonrakı şuaları, görülə bilən şuaları və elektromaqnit spektrin ultra bənövşəyi şualarını əhatə edir. Lazer diodu çox yüksək tezliklərdə işləyir. Lazer diodunun istehsalı üçün fərqli üsullar və materiallar istifadə edilməkdədir[2]. Yarımkeçirici materiallardan əldə edilən kristallardan əldə edilən lazerlərə, "lazer diod" adı verilmektedir. Galium arseni kristalı yarımkeçirici lazerə nümunədir. Lazer diod; Yarımkeçirici diod kimi p-n material birləşməsindən yaradılmışdır. Birləşmə səthində müsbət gərginlik p tərəfinə, mənfi gərginlik isə n tərəfinə verildiyi zaman elektronlar n dən p-yə keçərkən enerjilərini itirər və foton yayarlar. Bu fotonlar təkrar elektronlarla çırpılaraq bu elektronların daha çox foton çıxarmasına səbəb olurlar. Nəticədə kifayət səviyyəyə çatan foton emissiyası, lazer şuasını meydana gətirər. Bu növ lazer məhsuldar işıq qaynaqlarıdır. Ümumiyyətlə boyları bir millimetrdən böyük deyil.[3]