Gülüstan mineral bulağı

Gülüstan mineral bulağıCulfa rayonu ərazisindəki Gülüstan (Cuğa) kəndindən 2,5 km şimalqərbdə, Əlincəçayın yatağındadır. Mineral bulağın yanında 1962-ci ildə 135 metr dərinliyində qazılmış quyudan ikinci yüksəktəzyiqli mineral su çıxmışdır.

"Gülüstan" mineral suyunun tərkibindəki kimyəvi mikroelementlər insan orqanizmi üçün faydalıdır. Zəif minerallaşmış suyun tərkibi Rusiyanın Kislovodskdəki (Şimali Qafqaz) "Narzan" və Babək rayonundakı "Sirab" mineral sularının analoqudur.

Haliyyədə sifarişçilərin rəğbətini qazanmış mineral su, sənaye üsulu ilə istehsal olaraq, "Gülüstan" markası ilə müxtəlif tutumlu plastik qablara doldurulur.

Həmin sudan mədə-bağırsaq xəstəliklərinin müalicəsində içilməsi faydalıdır.

  • Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri- Naxçıvan, 2008.