Gülşad Ağaqulu qızı Quliyeva — Hap ki Do döyüş növü üzrə ikiqat dünya çempionu.
Gülşad Quliyeva | |
---|---|
Gülşad Ağaqulu qızı Quliyeva | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR , Ucar rayonu |
Fəaliyyəti | atlet |
Gülşad Ağaqulu qızı Quliyeva 15 iyul 1979-cu ildə Ucar rayonunda anadan olub. 1986-1994-cü illərdə Ucar şəhər 2№li məktəbində təhsil alıb. 1994-1998- ci illərdə Gəncə Dövlət Humanitar kollecində rəsm və rəsmxət fakultəsində təhsil alıb və 2 il Gəncə Peşə lisseyində müəllim işləyibdir. 1999-cu ildən peşəkar idmanla məşğuldur. 15 ilə yaxın Taekvondo idman növü ilə məşğuldur. 1-ci dan qara kəmər usdasıdı. 3 qat respublika cempionu və 15 il ərzində hər il mükafatcı olubdur. 2011 -ci ildə Azərbaycanda keçirilən beynəlxalq yarışda "Azərbaycan Open"də 3-cü yerə layiq görülüb. 2012-ci ildə Azərbaycan Hap ki Do Federasiyasının adından Süleyman Məmmədli və Müşfiq Hüseynovun rəhbərliyi ilə kikboxinq üzrə yarıshlara qatılır. Amerika Birləşmiz Ştatlarının (ABŞ) Orlando şəhərində Çin döyüş sənəti üzrə dünya çempionatı keçirilib. Gülşad Quliyeva sərbəst döyüşlərdə qadınlar arasında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Respublika ve beynəlxalq turnirlər qalibidir. Kikboxinq ve Çin döyüş növləri üzrə 2 qat dünya cempionudu. Ümumilikdə 22 diplom və medalları var, onların 11-i cempionluqdur.
Ailəlidi, 1 oğlu var.