Trabzon — Türkiyənin ərazisinin böyüklüyünə görə ən böyük iyirmi doqquzuncu şəhəridir. Sahəsi 4.662 km²-dir. Trabzon, Qara dəniz sahilləri ilə Ziqana dağları arasında yerləşən, olduqca zəngin təbiətə, rəngarəng adət-ənənələrə, əsrarəngiz mədəniyyətə malik bir şəhərdir. Övliya Çələbi bu şəhər haqqında demişdi:
Şəhər | |
Trabzon | |
---|---|
Trabzon | |
| |
41°00′18″ şm. e. 39°43′21″ ş. u.HGYO |
|
Ölkə | Türkiyə |
Tarixi və coğrafiyası | |
Sahəsi | 4.662 km2 km² |
Hündürlük | 0 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 807.903 nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | TR-61 |
Telefon kodu | (+90) 462 |
Poçt indeksi | 61000–61999 |
Avtomobil nömrəsi | 61 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Trabzona kiçik İstanbul desək yanılmarıq. O, İrəm bağları kimi bəzəkli, rəngarəng bir şəhərdir. |
Trabzou hətta Şahzadələr şəhəri də adlandırırlar.[1]
Şəhərin əhalisinin sayı 807.903 nəfərdir. Bu gün Trabzon Qara dəniz regionunda Samsun şəhərindən sonra ikinci ən böyük şəhər hesab olunur.
İl | 1940 | 1950 | 1960 | 1970 | 1980 | 1990 | 2000 | 2010 | 2019 |
---|---|---|---|---|---|---|---|---|---|
Əhali | 390.733 [2] | 420.279 | 532.999 | 659.120 | 731.045 | 795.849 | 975.137 | 763.714 | 807.903 |
Osmanlı İmperiyasının hakimiyyəti dövründə təhsil ocağı kimi fəaliyyət göstərən səkkiz mədrəsə, təhsil müddəti dörd il olan beş məktəb, bir ədəd peşə məktəbi mövcud idi. Müasir dövrdə Trabzonda 815 orta məktəb, 86 kollec və 2 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu ali təhsil müəssisələrindən biri Qara dəniz Texniki Universitetidir. Bu universitet 2 dekabr 1963-cü ildən etibarən fəaliyyət göstərir. Digər ali təhsil müəssisəsi isə Özəl Avrasiya Universitetidir. Bu universitet isə 2011-ci ildə fəaliyyətə başlamışdır. Trabzon, Qara dəniz bölgəsində yeganə şəhərdir ki, ərazisində iki böyük ali təhsil müəssisəsi fəaliyyət göstərir.[3]
Trabzon üçün aylıq orta temperatur
|
Qəzetlər | Radio | Tv kanalları |
---|---|---|
Kuzey Ekspres | TRT Trabzon Radyosu | Trabzon TV |
Karadeniz | Bayrak FM | Karadeniz TV |
Karadeniz'de İlkhaber | Taka FM | Mavi Karadeniz TV |
Karadeniz'de Günebakış | Kuzey FM | Kanal Trabzon |
Taka | Radyo KTU | Zigana TV |
Türksesi | Zigana Radyo | Kanal Mavi |
Karadeniz'in Sesi | Radyo Aktif | Kuzey TV |