Gülcahan Salamova

Gülcahan Əhməd qızı Salamova (1 mart 1963) — Azərbaycannın teatr və kino aktrisası, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası.

Gülcahan Salamova
Gülcahan Əhməd qızı Salamova
Doğum tarixi (61 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1988-ci ildən bu günə kimi
Mükafatları "Fəxri mədəniyyət işçisi" döş nişanı — 2013

Gülcahan Salamova 1963-cü il mart ayının 1-də Bakı şəhərində anadan olub. 1980-cı ildə Nərimanov rayonu 82 saylı orta məktəbi bitirib. 1988-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnistutunun Musiqili komediya aktyorluğu fakültəsini bitirib. Həmin ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında solist-vokalist vəzifəsində işləyib. Çalışdığı müddətdə teatrın səhnəsində çoxsaylı obraz yaradıb. 1995-ci ildə "Bəşir" teatrında fəaliyyət göstərmişdir. Çoxsaylı intermediya və səhnəciklərdə iştirak etmişdir.

G.Salamova 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Dram Teatrında yaradıcılıq fəaliyyətini davam etdirir. Subaydır.

2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub. 7 may 2020-ci ildə[1], 7 may 2021-ci ildə[2] və 10 may 2022-ci ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı
  1. Qızıl toy (R.Heydər) — Aygün
  2. 5 manatlıq gəlin (M.S.Ordubadi) — Naznaz
  3. Hərənin öz ulduzu (İ.Məlikzadə) — Məleykə
  4. Məsmə xala dayımdır (C.Məmmədov) — Sənubər
  5. Milyonçunun dilənçi oğlu (Ş.Qurbanov) — xanım
  6. Yeddi məhbusə anası (Ə.Əmirli) — Həcər
  7. Şeytanın yubileyi (A.Babayev) — Şamiyə
  8. Hələlik (R.Əhmədzadə) — Qənirə
  9. Ər və arvad (Ü.Hacıbəyov) — Gülpəri
  10. Bankir adaxlı (T.Vəliyeva) — Gülbikə
  11. Məhəbbət oyunu (Q.Rəsulov) — Qəmər
  12. Qısqanc ürəklər (M.Haqverdiyev) — Zema
  13. O olmasın, bu olsun (Ü.Hacıbəyov) — Gülnaz
  14. Hicran (ikinci quruluş (1993); S.Rəhman) — Hicran
  15. Özümüz bilərik (Ş.Qurbanov) — Lalə
  16. Subaylarınızdan görəsiniz (İ.Məlikzadə) — Qəndab
  17. Lotereya (V.Səmədoğlu) — Sona
  18. Xanuma (A.Saqarelli) — Kabato
  19. Toya bir gün qalmış (Ə.Səmədli) — Toma
Bəşir Teatrı
  1. İtkin ər (Ə.Əmirli) — Bikə
  2. Olmadı elə, oldu belə (Ş.Qurbanov)
  3. Özümüz bilərik (Ş.Qurbanov)
  4. Hələlik (R.Əhmədzadə)
  5. Bankir adaxlı (T.Vəliyeva) — Gülbikə
  1. Zəncirbənd (film, 1989)
  2. Bağdada putyovka var... (film, 2000)
  3. 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Mərdanın anası)
  4. Qayınanamız (serial, 2015)
  5. Niyə? (serial, 2018-) (rol: Südabə)
  1. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  2. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  3. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-15.