Güllü gəlir, Güllü (film, 1973)

Güllü gəlir Güllü (türk. Güllü Geliyor Güllü) — 1973-cü ildə istehsal olunmuş türk filmi. Film komediya-məhəbbət janrındadır. Ssenari müəllifi Ərdoğan Tünaş, rejissoru Atif Yılmazdır. Baş rollarda Ədiz HunTürkan Şoray iştirak etmişdir. Kamal Sunal ilk dəfə xarici səsləndirmə ilə iştirak etdiyi filmdir.

Güllü gəlir Güllü
türk. Güllü Geliyor Güllü
Janr Komediya, Məhəbbət
Rejissor Atif Yılmaz
Prodüser İrfan Ünal
Əsərin müəllifi Ayşə Şasa
Ssenari müəllifi Ərdoğan Tünaş
Baş rollarda Ədiz Hun
Türkan Şoray
Səadəttin Ərbil
İhsan Yücə
Kamal Sunal
Bəstəkar Mətin Bükey
İstehsalçı Akün Film
İlk baxış tarixi 1 yanvar 1974
Filmin növü Bədii film
Müddət 86 dəq.
Ölkə Türkiyə Türkiyə
Dil Türk dili
İl 1973
Rəng Rəngli
Çəkiliş yeri İstanbul
IMDb ID0263404

Mövzu[redaktə | mənbəni redaktə et]

Qan davası intiqamını almaq üçün İstanbula gələn Güllü (Türkan Şoray) və düşməni Taka Nuri (Ədiz Hun) haqqındadır. Güllü Qaradənizli bir qızdır, Taka Nuri isə eyni kənddə böyümüş varlı bir gəncdir. Nuriyə sünnət mərasimi vaxtı bir silah hədiyyə edilir. Silahdan təsadüfən açılan güllə Güllünün qohumunu öldürür və bununla da qan davası başlayır. Qohumunun intiqamını almaq istəyən Güllü həır yerdə Nurini axtarmağa başlayır.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]