Türkan Şoray (28 iyun 1945, Əyyubsultan, İstanbul ili) — türk kinoaktrisası, ssenarist və rejissor.[1][2] Yeşilçamın ən önəmli simalarından biri. Qərb ölkələrində Türkan Şoray Şərqin "Elizabet Teylor"u adlandırılır. O, həmçinin Türkiyə kinosunun "Sultanı" kimi də tanınır.[3] Karyerasına 1960-cı ildə başlamış və "Acı Həyat" filmi ilə 1-ci Antalya Qızıl Portağal kinofestivalında ən uğurlu aktrisa kimi ilk mükafatını qazanmışdır.[3] 222-dən çox filmdə rol alan Şoray, bütün dünya üzrə ən çox bədii filmdə rol ifa edən aktrisa kimi tarixə düşmüşdür.[4][5] 12 mart 2010-cu ildə Şoray UNICEF-in Türkiyədəki xoşməramlı səfiri seçilib. Bu barədə o belə fikir bildirib: "Məncə, sevgi ilə edilə bilməyəcək heç bir şey yoxdur. Gücü sevgi ilə birləşdirsək, bir çox problemin öhdəsindən gələ bilərik".[6]
Türkan Şoray | |
---|---|
türk. Türkân Şoray | |
Doğum tarixi | 28 iyun 1945 (79 yaş) |
Doğum yeri | |
Milliyyəti | türk |
Fəaliyyəti | kinorejissor, kino aktrisası, aktrisa, ssenarist, müğənni |
Fəaliyyət illəri | 1960-cı ildən |
Mükafatları |
Antalya Qızıl Portağal kinofestivalı Ən yaxşı qadın roluna görə (1964, 1968, 1887, 1994) Kimi sahəsində xidmətlərinə görə (1996) |
IMDb | ID0814734 |
Vikianbarda əlaqəli mediafayllar |
Hülya Koçyiğit, Filiz Akın və Fatma Girik ilə birlikdə o, türk kinematoqrafiyasında qızıl dövrün simvoludur və türk kinosunun dörd ən mühüm aktrisasından biri kimi qəbul edilir.[7] Şorayın bu aktrisalardan üstünlüyü onun həm də rejissorluq etməsidir. O, "Dönüş" (1972),[8] "Əzab" (1973), "Bodrum Hâkimi" (1976), "İlanı Öldürsələr" (1981) və "Uzaqlarda" "Axtarma"(2015) filmlərini çəkmişdir.
Türkan Şoray İstanbulun Əyyubsultan səmtində dövlət məmurları ailəsinin ilk övladı olaraq dünyaya gəlib. Onun atası Xalid Şoray çərkəz əsilli, ana babası isə Salonikidən gələn türk köçkün idi.[1][2] Ondan başqa ailənin daha iki qızı var idi: Nazan və Figen. Kiçik qızları dünyaya gələndən sonra Türkanın valideynləri boşandı və uşaqlar anası Melihə ilə qaldı.
Meliha Şoray Karagümrükdə mənzil kirayələyərək qızları ilə ora köçdü. Burada Türkan Fatih Qızlar Liseyini bitirdi. Türkan ailəsinin kirayədə qaldığı mənzilin sahibi Türkiyənin ilk aktrisalarından olan Emel Yıldız idi. Türkanı kinoya gətirəndə məhz Emel Yıldız oldu. O, Türkan Şorayı tezliklə müqavilə bağladığı Yeşilçam studiyasına gətirdi.[9][10][11].
Onun çəkildiyi ilk film 1960-cı ildə "Kənddə bir qız sevdim" olmuşdur. 1964-cü ildə Metin Erksan tərəfindən çəkilən, Şoray və Ekrem Boranın baş rollarda oynadığı "Acı Həyat" filmi Şoraya ilk Qızıl Portağal mükafatını qazandırmışdır. Bu filmdə manikürçü Nərmin rolunu oynayan aktrisa üçün karyerasında əhəmiyyətli bir addım oldu.[12] 1968-ci ildə Sait Faiq Abasıyanıkın "Bənövşə Vadisi" hekayəsindən ilhamlanaraq Safa Önalın yazdığı "Vesikalı Yarım" filmi ilə Şoray karyerasında ikinci "Qızıl Portağal" mükafatını qazandı.[13]
1990-cı illərdə serial çəkilişlərinə diqqət yetirməyə başladı və bu işlərdən ən diqqət çəkən və uzun ömürlü olanları Şənər Şen ilə birlikdə oynadığı "İkinci Bahar" və Haluk Bilginerlə baş rol paylaşdığı "Tatlı Həyat" oldu.[14]
Ümumilikdə o, 222 filmdə rol alıb. Türkan Şoray NTV-də yayımlanan və qonaqları ilə öz kino karyerasının müzakirə edildiyi ilk televiziya proqramı olan "Cinema Benim Aşkım"ı(2010–2011) təqdim etmişdir.[15] Şoray proqramında kino aktyorları ilə kino karyerasından bəhs edirdi.[16] Şoray programında sinema oyuncuları ile sinema kariyerini anlatmaktadır.[17]
Şoray 2016-cı ildən Avrasiya Akademiyasının üzvüdür.[18][19][20]
1983-cü ildə Türkan Cihan Ünalla ailə qurub, bu evlilikdən 21 oktyabr 1984-cü ildə qızları Yağmur dünyaya gəlib. Cütlük 1987-ci ildə boşanıb.