Gülnar Məsimli

Məsimli Gülnar Mayis qızı (20 yanvar 1980, Vartaşen) — azərbaycanlı jurnalist.

Gülnar Məsimli
Doğum tarixi (43 yaş)
Doğum yeri Oğuz
Azərbaycan Azərbaycan SSR
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti jurnalist

Həyatı[redaktə | mənbəni redaktə et]

Gülnar Məsimli 1980-ci il yanvarın 20-də Oğuzda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bakalavr (2003-cü il) və magistratura (2005-ci il) pillələrini bitirib.

"İnternyus Azərbaycan" İctimai Birliyində müxbir, "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, Azərbaycan İnternet Forumunda mətbuat katibi vəzifələrində çalışıb.

"Ailə həkimi" jurnalının layihə rəhbəri və baş redaktoru olub.

"Discovery Azerbaijan" jurnalının qurucularındandır. Bu nəşrin baş redaktor müavini olub.

Hazırda "Naşir" jurnalının baş redaktoru kimi fəaliyyət göstərir.[1]

"Media forum" saytında publisistik yazılarla çıxış edir.

Ailəlidir, iki övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Naşir"in ilk sayı çıxıb (Baş redaktorun açıqlaması) mediaforum.az". 2013-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-12.