Gülqədəm Mirzəzadə

Gülqədəm Mirzəzadə (tam adı: Mirzəzadə Gülqədəm Abdulalı qızı; d. Neftçala rayonu , Azərbaycan SSR) — Azərbaycan şairi, yazıçı və ictimai xadimi.

Gülqədəm Mirzəzadə
Gülqədəm Mirzəzadə
Doğum yeri Azərbaycan SSR Neftçala rayonu
Vətəndaşlığı Azərbaycan Respublikası
Mükafatları Prezident təqaüdçüsü , “Tərəqqi” medalı

Azərbaycan Respublikası Prezident təqaüdçüsü[1], "Neftçalada Qadınların Sosial İnkişafına Dəstək" İctimai Birliyinin sədri.[2]

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Gülqədəm Abdulalı qızı Mirzəzadə, 20 may 1968-ci il tarixdə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1987-ci il tarixdə Neftçala Qarışıq Ticarət idarəsində mühasib kimi başlamışdır. 1999-cu il tarixədək həmin idarədə insan resursları üzrə müfəttiş və baş mühasib vəzifələrində çalışmışdır. 2001–2008-ci illərdə Neftçala rayonu İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş mühasibi, 2008 – 2012-ci illərdə Neftçala Poçt Filialında Müştəri Xidmətləri şöbəsinin müdiri işləmişdir. 2012 – 2016-cı illərdə Neftçala rayonu İcra Hakimiyyəti başçısının Xıllı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Neftçala rayonu İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifələrində çalışmış, Dövlət Qulluğunun II dərəcəsini almışdır. 2015-ci ildən hal- hazıradək Neftçala Qadın Resurs Mərkəzinin koordinatoru, eyni zamanda " Neftçalada Qadınların Sosial İnkişafına Dəstək " İctimai birliyinin sədri vəzifəsində çalışır. 2020-ci ildə Aşağı Qaramanlı bələdiyyəsinin üzvü seçilmiş, 2022-ci ilin fevral ayınadək bələdiyyə sədri işləmişdir.

Əmək və ictimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Hal-hazırda Neftçala rayonunda Vətəndaş Cəmiyyətində təmsil olunur. 6 yerli, 2 Beynəlxalq layihənin müəllifidir. Layihələrdə layihə rəhbəri kimi fəaliyyət göstərmişdir. İcra etdiyi layihələr kənd və rayon qadınlarının və gənclərinin iqtisadi və sosial həyatda iştirakının təşviqinə hədəflənmişdir. Ali təhsillidir. Hal-hazırda Türkiyə Cümhuriyyəti, Ardahan Universitetində magistr pilləsində təhsilini davam etdirir. Biliklərini təkmilləşdirmək üçün müxtəlif təlimlərdə iştirak edərək sertifikatlarla təltif olunmuşdur. Əmək və Sosial Münasibətlər Akademiyasında " Karguzarlıq " , Training & Development Academydə " Insan resurslarının idarə edilməsi ", Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə icra olunan layihələr çərçivəsində " Təlimçi, təlimçilərin hazırlanması üzrə təlimlərin keçirilməsinin təşkilatçısı ", "Gender bərabərliyinə əsaslanmaqla Dayanıqlı İnkişaf Proqramının həyata keçirilməsi məqsədilə vətəndaş cəmiyyəti layihələrinin hazırlanması" , " Genderyönümlü məlumatların toplanması və təhlil olunması ", " Sahibkarlıq və biznesin inkişafı ", " Peşəkarlıq və liderliyin inkişafı ", " Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ", " Tvinning- təlimçilərin təlimçisi ", " Fəaliyyətdə liderlik " , Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının " Layihələrin yazılması təlimi " təlimlərində iştirak etmiş və sertifikatlarla təmin olunmuşdur. 2022-ci il tarixdə Dublin Universitetinin Türkiyə psixoloqlarının vasitəsilə təşkil etdiyi " Ailə və sosial həyat ", " Ailə məsləhətləri " və " Davranış terapiyası " təlimlərində iştirak etmiş və sertifikatla təmin olunmuşdur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Yazıçı, şair və bəstəkardır. " Səmavi " , " Bayraqlı evlər " və " Buludların göz yaşı " adlı üç kitab müəllifidir. Hekayə, esse və şeirləri " Türk Dünyası ŞİİR Seçkisi " antologiyalarında, " Gündoğar ", " 525-ci qəzet ", " Ədəbiyyat " , " Kredo " qəzetlərində, " Vətəndaş Cəmiyyəti " jurnalında, publisistik yazıları "Milli Strategiya ", " Xoşməramlı Səfir ", " Qalibiyyət və Zəfər ", " Pressdent " jurnallarında dərc olunmuşdur. Vətən və Vətənin qəhrəmanlarından bəhs edən " Bayraqlı evlər " kitabı Türkcə nəşr olunmuş və Prezident kitabxanasına təqdim edilmişdir. Müəllifi olduğu "Günahsızlar " adlı elegiyası səhnələşdirilmişdir. Cəmiyyətin sosial problemini ehtiva edən " İntihar çarə deyil " filminin müəllifidir. Şeirlərinə özü və müxtəlif bəstəkarlar tərəfindən mahnılar bəstələnmişdir. Vətənpərvər mövzuda on mahnının söz və musiqi müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin, Türkmən Ədəbiyyat və Yazarlar Birliyinin üzvüdür. ASKEF (Avrasiya Sanat Kultur Edeviyyat Federasyonu) Neftçala təmsilçisidir Prezident təqaüdçüsüdür. Azərbaycan Respublikası Prezidentinin 07 mart 2022-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalına, AHİK sədrinin müvafiq sərəncamı ilə "Həmkarlar ittifaqında xidmətə görə" medalına layiq görülmüşdür. " Qızıl qələm " və " Səməd Behrəngi " ədəbi mükafatı laureatıdır.

Üzv olduğu qurumlar və təltifləri

[redaktə | mənbəni redaktə et]

Avrasya Sanat Kültür Edebiyyat Federasyonu(ASKEF), Neftçala rayon temsilçisi[3]

"Tərəqqi" medalı (7 mart 2022-ci il)[4] [5]

— Prezident təqaüdçüsü

— Azərbaycan Respublikası Prezidentinin 07 mart 2022-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalı;

— AHİK sədrinin müvafiq sərəncamı ilə "Həmkarlar ittifaqında xidmətə görə" medalı;

— " Qızıl qələm " mükafatı laureatı

— " Səməd Behrəngi " ədəbi mükafatı laureatı

— " Xarı Bülbül " mükafatı laureatı

"Səmavi…" Bakı, "MSV Nəşr" nəşriyyatı, 2018.-92 səh. [6]

"Bayraqlı evlər", Bakı,"Qanun" nəşriyyatı,2022.-168 səh.[7]

"Buludların göz yaşı", Bakı: Elm və təhsil, 2023.-107 səh.[8]

Sən mənim sinəmdə vuran ürəyim[9]

Həyata keçirdiyi layihələr

[redaktə | mənbəni redaktə et]

2014–2017 BMTİP və AQUPDK–sinin Coca-Cola fondunun maliyyə dəstəyi ilə icra etdiyi " Kənd və rayon qadınlarının və gənclərinin iqtisadi və sosial həyatda iştirakının təşviqi " layihəsi üzrə koordinator;

2015–2018 BMTİP və AQUPDK–sinin Avropa İttifaqının maliyyə dəstəyi ilə icra etdiyi "Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi" layihəsi üzrə koordinator;

2017 — Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının " Cəbhəyanı bölgələrdə müvafiq tədbirlərin keçirilməsinə dair təşəbbüslər " layihəsində layihə rəhbəri ;

2018 — Neftçala rayonu üzrə " Fəlakət riskinin azaldılması" layihəsində kəndlərdə uşaq zəifliyinə səbəb olacaq risklərin təhlil olunmasında işçi qrupunun üzvü;

2018 — Avropa Ittifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycan Respublikasında Pilot Regional İnkişaf Proqramının həyata keçirilməsinə Texniki Yardım Layihəsi" çərçivəsində Aran İqtisadi Regionu üçün Pilot Regional İnkişaf planının hazırlanması seminarında işçi qrupunun üzvü;

2018 — ABŞ səfirliyinin Azərbaycandakı nümayəndəliyinin maliyyələşdirdiyi "Neftçalada Qadınların Sahibkarlıq Bacarıqlarının inkişaf etdirilməsi " layihəsinin rəhbəri ;

2019 — "My Magical Dust 2019" Beynəlxalq layihədə coordinator;

2019 — Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Regionlarda yaşayan qadınların peşə biliklərinin və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı təlimlərin təşkili" layihəsində layihə rəhbəri;

2019–2020 — BMTİP və Aİ-nın maliyyə dəstəyi ilə "Kəndli qadınların məlumatlara və xidmətlərə çıxışının gücləndirilməsi" layihəsi üzrə Team Leader;

2020 — Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Covid-19 pandemiyası ilə mübarizə istiqamətində xidmətlər" layihəsində layihə rəhbəri;

2020 — BMTİP və AQUPDK –sinin USAİD-in maliyyə dəstəyi ilə icra etdiyi " Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək" layihəsi üzrə koordinator (davam edir)

2021 — Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə " Həssas ailələrə dəstək" layihəsinin rəhbəri

2022 — BMTİP və AQUPDK –sinin birgə əməkdaşlığı ilə "Azərbaycanda institusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması" layihəsinin rəhbəri

2022 — Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə " Kəndli qadınların sahibkarlıq təşəbbüsünə dəstək" layihəsinin rəhbəri

  1. Gülqədəm Mirzəzadə,"Bayraqlı evlər", Bakı,"Qanun" nəşriyyatı,-168 səh
  2. "Azərbaycan Respublikasının Prezidentinin saytı". 2023-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-11.
  3. "Azərbaycanı təmsil edən ASKEF-in 29 nəfərdən ibarət nümayəndə heyəti Festivalda çox fəal iştirak etdilər". 2023-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-11.
  4. "Prezidentin təltif etdiyi 13 qadın kimdir?". 2023-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-11.
  5. [ölü keçid] Təltif edilənlər arasında bələdiyyə üzvləri də var [ölü keçid]
  6. 525-ci qəzet
  7. Azərbaycan Milli Kitabxanası
  8. Azərbaycan Milli Kitabxanası
  9. [http://www.anl.az/down/meqale/kredo/2019/yanvar/627197(meqale).pdf 11 yanvar 2019, Kredo qəzeti,-səh.15]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat qazeti

Neftçalada reproduktiv sağlamlıq mövzusu, AzərTAc