Gülxanım Qeybulla qızı Abbasova — [Azərbaycan alimi, AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Elmi-texniki ədəbiyyatın toplanması, təhlili və proqnozlaşdırma" Laboratoriyasının müdiri, Kimya elmləri üzrə fəlsəfə doktoru, dosent.[1]
Gülxanım Abbasova | |
---|---|
Gülxanım Qeybulla qızı Abbasova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | Kimya elmləri üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yeri | AMEA Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsi |
Mükafatları | AMEA-nın Fəxri fərmanı, |
Gülxanım Qeybulla qızı Abbasova 20 oktyabr 1946-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıdakı 20 saylı məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra (1964) keçmiş S.M. Kirov adına Azərbaycan Dövlət Universitenin kimya fakültəsinə daxil olmuş, universiteti Fərqlənmə Diplomu ilə bitirmişdir (1969). Elə həmin ildə o, universitetin təqdimatı ilə Neft-Kimya Prosesləri İnstitutunda kinetika və kataliz ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Elmi fəaliyyətə Neft-Kimya Prosesləri İnstitutunda başlamışdır.
G.Abbasova AMEA-nın müxbir üzvü kimya elmləri doktoru, professor Bilal Ataş oğlu Dadaşov və kimya elmləri doktoru, professor Vəli Sultan oğlu Hacı-Qasımovun rəhbərliyi altında “İzobutanın izobutilenə dehidrogenləşməsi reaksiyasının qanunauyğunluğunun öğrənilməsi və katalizatorun hazırlanması” mövzusunda dissertasiya müdafiə edərək, kimya elmləri namizədi adına layiq görülmüşdür. G.Abbasova öncə aspirant, kiçik elmi işçi, böyük elmi işçi, baş elmi işçi kimi, 1990-cı ildən hazırkı dövrə qədər “Elmi-texniki informasiya” laboratoriyasının müdiri vəzifəsində çalışır.
Ailəlidir 2 övladı var.
Əsas fəaliyyətləri institutun tədqiqatlarının və işləmələrinin istiqamətləri üzrə elmi-texniki və patent məlumatlarının tematik, analitik və proqnoz xarakterli məcmuələrin tərtibi və buraxılması olan G.Abbasova yalnız elm sahəsində deyıl, ictimai işlərdə fəal iştirak etmişdir.
O, işlədiyi müddətdə vaxtaşırı olaraq, ümumi institut seminarlarının beynəlxalq və respublika konfranslarının, sinpozium və müşavirələrin elmi katibi kimi tədbirlərin təşkilində və keçirilməsində bilavasitə iştirak etmiş və bu sahədə xeyli işlər görmüşdür. Alim bir sıra beynəlxalq Moskva, Novosibirsk, Praqa, Tbilisi və digər şəhərlərdə elmi konfransların, eləcə də Türkiyənin İstanbul şəhərində keçirilən “İnsanların məskunlaşması” probleminə həsr olunmuş BMT “Habitat II” konfransının iştirakçısı olmuşdur.
İzobutanın dehidrogenləşməsi reaksiyası üçün Al-Cr katalizatorları işlənib hazırlanmışdır. Bu katalizator sənayedə işlənən katalizatorlardan bir neçə parametrlərdən üstündür. Elmi işlərin nəticələri 2007-ci ildə çap olunmuş «Кинетические закономерности и механизм реакции дегидр.циклогексана….» kitabında cəmləşdirilib.[2]
G.Abbasovanın xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmiş və o, 2009-cu ildə Azərbaycan respublikasının Prezidentinin sərəncamı ilə, Azərbaycan Neft-kimya elminin inkişafındakı xidmətlərə görə “Tərəqqi” medalına layiq görülmüş və işlədiyi illər ərzində AMEA-nın fəxri fərmanı ilə təltif olunmuşdur.