Gülyanaq Məmmədova

Gülyanaq Məmmədova(tam adı:Məmmədova Gülyanaq Zakir qızı) (10 iyun 1973, Böyük Dəhnə, Şəki rayonu) — Azərbaycan müğənnisi, yüksək dərəcəli vokalist, Azərbaycan Respublikasının xalq artisti (2014), Özbəkistanın xalq artisti (2022), Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi(2023), Azərbaycanın xalq artisti xanəndə Gülyaz Məmmədovanın bacısı.

Gülyanaq Məmmədova
Ümumi məlumatlar
Doğum tarixi 10 iyun 1973(1973-06-10) (51 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Elmi dərəcəsi
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2014 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1998 [[Fayl:||link=d:Q112270343|Tacikistan Respublikasının Xalq artisti (Tacikistan) ]]Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Məmmədova Gülyanaq Zakir qızı 10 iyun 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1980–1990-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə, 1992–1996-cı illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin (köhnə adı ilə A. Zeynallı adına Musiqi texnikumu) muğam şöbəsində, 1996–2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr və kino aktyoru" fakültəsində aktyor ixtisası üzrə təhsil alaraq, 2002-ci ildə universiteti magistr dərəcəsi ilə bitirib.

O, 1990–1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib. 1993-cü ildən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. 1995–1997-ci illərdə İsveçin Malmo şəhərində "Malmo" festivalında çıxış etmiş, Stokholm və Koteburq şəhərlərində həmçinin, 2000-ci ildə Almaniyanın Honnover şəhərində EKSPO – 2000 sərgisində, eyni ildə Türkiyədə "Boğaziçi" festivalında İstanbul – Ankara şəhərlərində konsert proqramları ilə çıxış etmişdir.

2001–2002-ci illərdə "Bakı – Tiflis – Ceyhan" neft kəmərinin təbliğ qrupunun konsert proqramında, 2002-ci ildə Fransanın Strassburq şəhərində Azərbaycanın Avropa Şurasına daxil olmasının 1 illiyi münasibətilə; 2002-ci ildə Avstriyanın Vyana şəhərində, Moskvada, Ukraynanın Kiyev şəhərində; 2002–2003-cü illərdə Moskvada "Azərbaycan Mədəniyyəti günləri"ndə; 2002-ci ildə Ukraynada; 2003-cü ildə Moskva və Minsk şəhərlərində; 2003-cü ildə Almaniyanın Mayns şəhərində "Azərbaycan Mədəniyyəti günləri"ndə; 2004-cü ildə Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə 2005-ci ildə Moldovanın Kişinyov şəhərində; 2005-ci ildə Avstriyanın Vyana şəhərində "Azərbaycan Mədəniyyəti günləri"ndə; 2006-cı ildə Naxçıvanda "Dövlət müstəqilliyi günü" ilə əlaqədar qastrol səfərlərində olub.

O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.[1]

  1. Nəriman Əliyev (film, 2005)
  2. Bəylik dərsi (film, 2007)
  3. Ana və poçtalyon (2020)
  1. "YAP-a yeni üzvlər qəbul edildi". 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.
  2. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". President.az (az.). president.az. 18 dekabr 2014, 19:00. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-24.
  3. Президент Республики Узбекистан. "О награждении группы граждан Азербайджанской Республики" (rus). Youtube.com. 30.08.2022. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-30.