Gülzar İmaməliyeva

Gülzar İmaməliyeva (d. 5 dekabr 1907, Qroznı-ö.1997) – həkim-infeksionist, Cənubi Qafqazda bruselyoz xəstəliyini öyrənən ilk azərbaycanlı qadın alim, tibb elmləri doktoru, professor.[1]

Gülzar İmaməliyeva
Doğum tarixi
Doğum yeri Qroznı, Çeçenistan, Rusiya
Vəfat tarixi
Vəfat yeri Bakı şəhəri
Milliyyəti Azərbaycanlı
Atası Manaf

Həyatı[redaktə | mənbəni redaktə et]

İmaməliyeva Gülzar Manaf qızı 5 dekabr 1907-ci ildə Çeçenistanın Qroznı şəhərində anadan olmuşdur. O, 1963-cü ildə tibb elmləri doktoru, 1967-ci ildə isə professor adını qazanmışdır. Gülzar İmaməliyeva 1997-ci ildə vəfat etmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Gülzar İmaməliyeva Cənubi Qafqazda bruselyoz xəstəliyini öyrənən ilk azərbaycanlı qadın alim olaraq bilinir. O. 1973-cü ildən Azərbaycan Dövlət Tibb İnstutunun infeksion xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışmışdır. Tədqiqatı, əsasən, brusellyoz xəstəliyinin və endemik qayıdan yatalağın müalicəsi və profilaktikasına həsr olunmuşdur. Alim 113-dən çox elmi işin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002. səh. 22.