Gümbəzli hamam və ya Çuxur hamam — Quba rayonunda tarixi abidə.[2]
Gümbəzli hamam | |
---|---|
41°21′43″ şm. e. 48°30′26″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Quba |
Tikilmə tarixi |
İnşası: XVIII-XIX əsrlər Bərpası: 1986-1987, 2015-2018 |
Üslubu | Şərq |
Material | qırmızı kərpic |
Vəziyyəti | bərpa edilib |
Rəsmi adı: Hündür gümbəzli hamam | |
Tipi | Mədəni |
Təyin edilib | 2 avqust 2001[1] |
İstinad nöm. | 4606[1] |
Vikianbarda əlaqəli mediafayllar |
XVIII-XIX əsrlərə aid bir abidədir.[3] El arasında bura "Çuxur hamam", "Gümbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" adları ilə tanınır.[4][5] Abidə Şərq memarlığınını incilərindən sayılır.
Fransız yazıçısı Aleksandr Düma Qafqaz səfəri zamanı bu hamamda çimib. Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər Qubada törədilən soyqırımı zamanı adamları hamamın buxarında boğub, sonra isə cəsədləri çalaya töküblər.[6]
Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub.[2] Kanalizasiya xətti tutulduğundan buranın fəaliyyətini dayandırmaq qərarına gəliblər.[5]
1986-1987-ci illərdə hamamda təmir bərpa işləri aparılmışdır.[2]
2015-ci ildə hamamı yenidən bərpa etməyə başlayıblar.[7] 26 mart 2018-ci ildə yenidən bərpa olunmuş hamamın açılışı baş tutub.[8] Hamamın bərpası ABŞ Səfirlərinin Mədəni irsin Qorunması Fondunun maliyyə dəstəyi və Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq şəklində gerçəkləşib.[7] Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ABŞ-nin Azərbaycandakı səfiri Robert Sekuta və xanımı, həmçinin, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iştirak ediblər.[9]
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur. Ətrafına vaxtilə UNESCO tərəfindən məhəccərlər inşa edilib.[5]
Hamam Quba şəhərinin mərkəzində Musəbəyov küçəsi ilə Ərdəbil küçəsinin kəsişməsində yerləşir.[5]
Şərq memarlığının ən orijinal nümunəsi olan gümbəzli hamam ümumi bir zaldan, bəylər üçün nəzərdə tutulan 4 otaqdan, istirahət və çay içmək üçün planlaşdırılan daha 3 otaqdan ibarətdir. Hamam 1 qapılı, 6 pəncərəli, 1 mərtəbəlidir və qırmızı kərpicdən inşa edilib.[4] Bu səbəbdən bəzən bu hamama qubalılar Qırmızı hamam da deyirlər. Hamamın içərisində milli ornamentlərdən xüsusi ustalıqla istifadə edilib. Böyük və kiçik olmaqla iki tağdan ibarətdir.[6]
Hamamın istilik sistemi ancaq odunla işləyib.[10] Gümbəzlərinin hündürlüyü 9 metrdir.[4] Hamamın qızdırılmasında istifadə edilən soba həm də döşəmənin isidilməsində istifadə olunub. Belə ki, sobadan hamamın döşəməsi boyu istiliyə davamlı kərpicdən kanallar çəkilib və sobadan çıxan istilik həm də döşəməni isidib.[8]