Günahsız adam

Günahsız adam (Hanqıl세상 어디에도 없는 착한 남자; YRSesang Eodiedo Eobneun Chakan Namja, ing. The Innocent Man) — 2012-ci il Cənubi Koreya istehsalı olan melodram serialı. Serial 2012-ci ildə sentyabrın 12-dən noyabrın 15-ə qədər yayımlanıb. Və yüksək reytinq göstərib.

Rollarda[redaktə | mənbəni redaktə et]

Son Qun Ki , Mun Çae Von , Park Si Yeon , Li Kvan Soo , Li Yoo BiLi San Yeob.

Mövzusu[redaktə | mənbəni redaktə et]

"Kang Ma Roo" tibb universitetində oxuyan , gələcəyi ilə əlaqədar parlaq fikirləri olan gənc bir tələbədir. Uşaqlıqdan tanıdığı və sevdiyi "Han Jae Hee" isə həm oxuyub həm də bir televiziya kanalında müxbirlik edən gənc bir qızdır. Bir gün "Kang Ma Roo" evə gəldikdə bacısı "Kang Cho Ko"nun bərk xəstələndiyini görür. Bacısını xəstəxanaya çatdırmaq istəyəndə isə "Han Jae Hee"dən bir telefon zəngi alır. Telefonda "Han Jae Hee"nin səsinin pis olduğunu eşidir və bacısını qoyub özünü onun yanına çatdırır. "Han Jae Hee"nin yanına gəldikdə isə gözlənilməz bir şeylə qarşılaşır. Bəli, "Han Jae Hee" bir kişini qətlə yetirib. Bunu görəndə isə Ma Roo bütün günahı öz boynuna götürür. Və düz 6 il həbs cəzası alıb universitetdən atılır. Ma Roo həbsdə olarkən bacısına ən yaxın dostu "Park Jae Gil" göz-qulaq olur. Ma Roo həbsdə olarkən "Han Jae Hee" bir müddət onunla təmasda olur, lakin 1 ildən sonra əlaqəni tamam kəsir. Və 6 il keçir , Ma Roo həbsdən çıxır. O artıq dəyişib və varlı qadınlarla birlikdə olub , onların bütün pullarını öz hesabına keçirir. Amma bunu bacısının xəstəliyinin müalicəsi üçün edir. Bir müddət sonra Ma Roo təyyarədə bir qızla qarşılaşır. Bu qızın əvvəllər keçirdiyi ağır qəzadan sonra ciyərlərində problem yaranır və yıxılır. Yıxılanda isə onu Ma Roo tutur. Təyyarədə başqa həkim olmadığı üçün Ma Roo hələdə yaddaşında qalan həkimlik qabiliyyətini sərgiləyir və qızı ölümdən qurtarır. Qızın adı isə "Seo Eun Gee"dir və böyük bir şirkətin varisidir. Bu anda Ma Roo illərdir görmədiyi "Han Jae Hee" ilə qarşılaşır. Məlum olur ki, "Seo Eun Gee"-dən sadəcə bir neçə yaş böyük olan "Han Jae Hee" onun atası ilə evlənib və artıq bir kiçik oğlu da var. Bir neçə gün sonra yenidən qarşılaşan "Seo Eun Gee" və "Kang Ma Roo" yaxınlaşmağa başlayırlar. "Han Jae Hee"dən intiqam almaq və onu zirvədən endirmək üçün "Seo Eun Gee"dən istifadə edən "Kang Ma Roo" bu yolda "Seo Eun Gee"yə aşiq olur.