Günay Ağakişiyeva — 12 may 1990-cı ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə Bakıda Avropa Çempionatının bürünc mükafatçısıdır.
Günay Ağakişiyeva | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi |
Bakı, Azərbaycan SSR |
Doğum yeri | |
İdman növü | Taekvondo |
14 dekabr 2015 tarixində yenilənib. | |
Vikianbarda əlaqəli mediafayllar |
Günay Ağakişiyeva ilk uğurunu 2005-ci ildə qazanmışdır. O Bakıda Gənclərin Avropa Çempionatında yalnızca finalda məğlub olaraq gümüş medal qazanmışdır. Günay Ağakişiyeva daha sonra isə böyüklərin yarışında uğurlar qazanmışdır. O 2013-cü ildə İndoneziyanın Palembang şəhərində İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olmuşdur. Bu uğurdan 1 il sonra isə yenə də Bakıda Avropa Çempionatında medal qazanmışdır. Bu dəfə o böyüklərin Avropa Çempionatında bürünc medal qazanmışdır.
2015-ci ilin iyun ayında Günay Ağakişiyeva özünün ən ciddi yarışında iştirak etdi. O Bakıda 2015 Avropa Oyunlarında qüvvəsini sınadı. Bu yarışda Günay Ağakişiyevadan medal gözləyənlər çox idi. Amma Günay Ağakişiyeva ilk görüşündəcə mübarizəni dayandırdı. O 1/8 finalda Serbiyalı Draqana Qladoviçə 4-8 hesabı ilə məğıub oldu.
Avropa Çempionatı - 2014
Gənclərin Avropa Çempionatı - 2005
İsveş Open - 2008
Azərbaycan Open - 2008
Fransa Open - 2010
Rusiya Open - 2011
İsveçrə Open - 2012
Misir Open - 2013
Almaniya Open - 2013
Bəhreyn Open - 2014
Ukrayna Open - 2015