Gündüz Səmədov (1957, Kərkicahan – 1992, Şuşa) — Daxili xidmət leytenantı, Qarabağ müharibəsi şəhidi[1]
Gündüz Səmədov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Kərkicahan, Xankəndi |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa |
Vəfat səbəbi | şəhid |
Mükafatları |
Gündüz Hidayət oğlu Səmədov 1957-ci ildə Xankəndi şəhərinin, Kərkicahan qəsəbəsində anadan olmuşdur. Ali təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində almışdır. Gündüz Səmədov 1977-1979-cu illərdə uzaq Sverdlovsk şəhərində hərbi xidmətdə olub. 1986-cı ildən isə Şuşadakı 1 saylı həbs evində nəzarətçi, 1992-ci ilin mart ayından isə Şuşa həbs evinin rəisinin növbətçi köməkçisi vəzifəsində çalışmışdır.
1991-ci il dekabrın 28-dən sonra Kərkicahanın bir neçə dəfə ermənilərdən alınmasında Gündüzün də döyüş xidmətləri olmuşdur. Daha sonra isə Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
1992-ci il may ayının 8-i Şuşa uğrunda gedən mübarizədə ermənilər həbsxana tərəfdən güclü qüvvə ilə hücuma keçir. Ağır zirehli texnikadan atılan mərmilərin qarşısını almaq çətin idi. Bütün bunlara baxmayaraq, əl qumbarası ilə ermənilərin canlı qüvvəsini məhv edən Gündüz Səmədov son anda həbsxananın qülləsinə çıxır. Bu zaman başından aldığı snayper gülləsindən qəhrəmancasına həlak olmuşdur. Evli idi. Məzarı Bakı şəhərində Şəhidlər xiyabanındadır. Gündüz Səmədov Şuşanın işğalı günü Şuşa həbsxanasında cəza çəkən 27 azərbaycanlı məhbusu ermənilərə əsir düşməməsi üçün azad etmiş, silah-sursat verərək onların da Şuşanın müdafiəsində iştirakını təmin etmişdir. Bu məhbuslardan biri[kim?] milli qəhrəman adına layiq görülmüşdür.
Gündüz Səmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 30 iyun tarixli 867 saylı sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.