Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Güntay Gəncalp (Mənuçehr Cavanşir) — şair, yazıçı, araşdırmaçı.
Güntay Gəncalp | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Limli, İran |
Fəaliyyəti | şair |
Güntay Gəncalp 1966-cı il 21 dekabrda İranın Muğan məntəqəsi, Xoruzlu mahalının Limli kəndində anadan olub.
İbtidai təhsili Limli kəndində, orta məktəbi Ərdəbildə bitirib. Orta məktəbdə oxuduğu zaman ana dili və ədəbiyyatı ilə çox maraqlanıb. O zaman inqilab yenicə olduğundan türk dilində qəzetlər yenicə işıq üzü görürdü.
Əvəllər Güntay Cavanşir, daha sonralar Güntay Gəncalp adı ilə yazılar yazıb, tərcümələr edib. Bakıda 6, İranda 2 kitabı çap olunub.
Kitabın adı | İçindəkilər | Şəhər | Nəşriyyat | İl | Səhifə | ISBN |
---|---|---|---|---|---|---|
Sezənin sevgisi | Hekayələr toplusu | Bakı
Tehran |
Qanun
Şabək |
2007
2011 |
308
300 |
Q 150000104/ABO22051 |
Yüksəl Birol | Roman | Bakı | Qanun | 2009 | 180 | Q 150000104/ABO22051 |
Qaranlıqda çaxan ildırımlar | Məqalələr toplusu | Bakı | Qanun | 2009 | 316 | Q 150000104/ABO22051 |
On iki əsr sükut | Tərcümə | Bakı | Qanun | 2002 | 280 | Q 150000104/ABO22051 |
Abbas Mirzə və Azərbaycan | Tərcümə | Bakı
Tehran |
Qanun
Kərəc Pınar |
2002
2009 |
280
192 |
Q 150000104/ABO22051 |
Pərdələr arxasında gizlədilən tarix | Tərcümə | Bakı | Qanun | 2008 | 308 | Q 150000104/ABO22051 |
Qırmızı balıq | Uşaqlar üçün roman | Tehran | Təkderəxt | 2010 | 91 | 978-600- 5559-49-1 |
Bütün insanlar qardaşdır Mahatmaq Qandi Tərcümə: Güntay Gəncalp 2011-ci il
Səməd Behrənginin "Qaraca balıq" hekayəsinin davamı olaraq, yazdığı "Qırmızı balıq" [2] və bir də "Qocabəylilər" adlı böyük romanı bu günlərdə Bakıda çap olunacaq.