Gürcü ağcaqayını (lat. Acer monspessulanum subsp. ibericum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin monpeliya ağcaqayını növünə aid bitki yarımnövü.
Gürcü ağcaqayını | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Yarımnöv: Gürcü ağcaqayını |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Rusiya (Dağıstan) və İranda (Elbrus dağı) təbii halda yayıldığı qeyd edilir.
Böyük və Kiçik Qafqazda, Bozqır yaylasında, Naxçıvan MR-ın dağlarında və Lerikdə (Zuvand) kolluqların tərkibində yayılmışdır.
Azərbaycanın nadir bitkisidir. DD.
Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər daşlı quru yamaclarda, qayalıq yerlərdə seyrək meşəliklərdə dağınıq və ya qrup halında bitir.
Təbiətdə arealı geniş deyildir.
Hündürlüyü 7 m-ə qədər olan ağac və ya koldur. Cavan budaqları açıqqəhvəyi rəngdə olub, çoxlu miqdarda ağımtıl mərcilərlə örtülmüşdür. Yarpaqları 3 dilimli olub, 7 sm uzunluqda və 9 sm enindədir, qaidəsi dairəvi və ya ürəkvarı, tamkənarlı və ya dərin kəsilmiş dişlidir. Üstdən açıqyaşıl rəngli, cavan vaxtı sıx tükcüklərlə örtülü olur, sonradan isə tükcüklər yarpağın damarları üstündə tək-tək qalır. Dilimləri eyni uzunluqda yumurtavari və ya üçbucaq şəklində olub, ucları iti və ya kütdür. Saplağı çılpaq və yarpaqdan bir qədər uzundur. Çiçəkləri sarımtıl rənglidir. Çiçək qrupu nisbətən azçiçəkli olub, oturaqdır. Sallaq sadə və ya mürəkkəb başlıqlarda toplanmışdır. Kasa yarpaqları və ləçəkləri 4-dür. Erkəkcikləri 8-dir. Meyvəsi ikiqanadlı olub, 3,5–4 sm uzunluqdadır. Qanadların şaquli və ya iri budaq altında yerləşmişdir. Fındıqcıqlar odunlaşmış, çılpaq, ortadan tükcüklərlə örtülüdür. Aprel-may aylarında yarpaqlanması ilə eyni bir vaxtda çiçəkləyir; iyul-avqust aylarında meyvəsi yetişir. Ağcaqayının bu növü son 50 ildə öz təbii arealını çox daraltmışdır.
Təbiətdə toxumları ilə çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Azərbaycanda yaşıllaşdırma işlərində və meşə zolaqlarının salınmasında istifadə olunur.
Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Azərbaycanın "Qırmızı kitabı"na salınmalıdır.