Gürcü itburnusu (lat. Rosa iberica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Gürcü itburnusu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Gürcü itburnusu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Qafqazda yayılmışdır.
Hündürlüyü 70-100 (150) sm-ə qədər olan koldur. Yarpaqları 3,5-1,5 sm uzunluqda, 7-9 ədəd, ellipsvarı və ya tərs yumurtavarı formada, qaidə hissəsi pazvarı, kənarı iti mişardişli çılpaq və ya vəziciklərlə örtülü yarpaqcıqlardan ibarətdir. May-iyunda çiçək açır. Çiçək saplağı 15-20 mm uzunluqda olmaqla, üzəri hamar və ya qısa vəzilidir. Meyvəsi yumurtavarı və kürəşəkilli, hamar və ya çox qalın tüklü vəziciklidir.
Rütubətə, istiyə, soyuğa davamlıdır. Münbit torpaqlarad yaxşı bitir.
Böyük və Kiçik Qafqaz, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.
Qida əhəmiyyətli bitkidir. Yaşıllaşdırmada istifadə oluna bilər.