Gürcüstan–Myanma münasibətləri

Gürcüstan–Myanma münasibətləriGürcüstan Respublikası və Myanma arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür.

Gürcüstan–Myanma münasibətləri
Myanma və Gürcüstan
 Myanma  Gürcüstan

Gürcüstan və Myanma arasında diplomatik münasibətlər 16 avqust 1999-cu ildə qurulmuşdur[1]. 2003-cü il Gürcüstan Qızılgül inqilabından bəri, xüsusilə Myanmanın Rusiya ilə sıx əlaqələri səbəbindən dövlətlər arasındakı əlaqələr gərgin olaraq qalır.

Gürcüstan Prezidenti Mixail Saakaşvili tez-tez Myanmanı Gürcüstanın fərqlənməyə çalışdığı avtoritar rejimin nümunəsi kimi göstərib. 2005-ci ildə ABŞ Prezidenti Corc Uoker Buş Tiflisə səfəri zamanı Amerikanın bu Cənub-Şərqi Asiya ölkəsində demokratik islahatlar aparmaq və totalitar hakimiyyətə son qoymaq cəhdlərini dəstəklədiyini bildirdi[2]. 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə illik müraciətində Prezident Saakaşvili beynəlxalq ictimaiyyəti Myanmada demokratiya tərəfdarı olan etirazları dəstəkləməyə çağırdı[3]: “Bu gün bu böyük salonda Birləşmiş Millətlər Təşkilatının əsas prinsiplərindən birini təsdiqləmək fürsətimiz var: hər kəsin azad və ləyaqətli bir həyat sürmə hüququ; Burma xalqı üçün azadlıq axtarmağa cəsarət edən yüz minlərlə rahibə və adi vətəndaşa dəstəyimizi ifadə edərək.

Biz onlarla möhkəm dayanmalıyıq. Gerçəkdən geriyə baxacağımızı və birma rahiblərinin bu “Zəfəran inqilabını” planetimizdə qaçınılmaz azadlıq yürüşündə bir addım kimi xatırlayacağımızı ümid edirəm.”

2012-ci ildə Gürcüstan parlamenti tərəfindən "siyasi məhbus" kimi tanınan məhbusların sərbəst buraxılmasına dair bir qanun layihəsinə veto qoyaraq Prezident Saakaşvili, Gürcüstanın demokratik inkişafı ilə Myanmarın avtoritar rejimi arasında kəskin bir ziddiyyət yaratdı[4].

Gürcüstanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyan Myanma bununla belə Rusiya-Gürcüstan münaqişəsində davamlı olaraq Rusiya tərəfini tutmuşdur. Myanma 2006-cı ildə BMT Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovadakı separatçı münaqişələrə dair yenidən müzakirəyə çağıran bir qətnamənin əleyhinə səs verən 15 ölkədən biri idi[5]. 2008-ci ildən bəri, Myanma hər il (2016-cı il istisna olmaqla. Bu zaman Myanma nümayəndə heyətinin Baş Assambleyada olmamışdır), 2013-cü il daxil olmaqla prezidentin cəhdinə baxmayaraq, məcburi köçkünlərin Abxaziya və Cənubi Osetiyaya qayıtmasını tələb edən BMT qərarına qarşı səs verir. BMT-dəki gürcü diplomatlar Rohinca qaçqın böhranını Gürcüstandakı qaçqın böhranı ilə tez-tez müqayisə edirlər. Mədəniyyət baxımından Gürcüstan və Myanma məhdud, lakin səmimi münasibətlər saxlayırlar. Üç gürcü filmi 2015-ci ildə Yanqonda keçirilən Beynəlxalq Yaddaş Film Festivalı zamanı nümayiş olunmuşdur.

  1. "Relations between Georgia and the Union of Myanmar". Ministry of Foreign Affairs of Georgia. 12 June 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 October 2019.
  2. "'Beacon of Liberty' Vows to Solve Conflicts Peacefully". Civil Georgia. 10 May 2005. 13 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2019.
  3. "Saakashvili's Speech at the UN General Assembly". Civil Georgia. 27 September 2007. 16 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2019.
  4. "Саакашвили наложит вето на законопроект об амнистии". Civil Georgia. 2012-12-27. 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-10.
  5. "Putting Secessionist Conflicts Under the International Spotlight". Civil Georgia. 14 September 2006. İstifadə tarixi: 7 October 2019.