Rusiya—Gürcüstan münasibətləri — Rusiya və Gürcüstan arasında iki tərəfli diplomatik münasibətlər. 1918-ci ildə Oktyabr İnqilabının səbəb olduğu Rusiya İmperiyasının parçalanması zamanı Gürcüstan müstəqillik qazanır. 1921-ci ildə Rusiya Qırmızı Ordusunun köməyi ilə Gürcüstan ərazisində Sovet hakimiyyəti qurur. Gürcüstan Demokratik Respublikası ləğvi ilə 16 fevral 1921-ci ildə Gürcüstan SSR elan edilir. 1922-ci ildə Gürcüstan SSR Azərbaycan və Ermənistan SSR ilə birləşərək Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasını (ZSFSR) qurur. 5 dekabr 1936-cı ildə ZSFSR ləğv edildikdən sonra Gürcüstan SSR ayrı bir qurum olaraq SSRİ-nin tərkibinə təmsil olunur.
Rusiya—Gürcüstan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
1991-ci ilin dekabrında SSRİ-nin dağılması ilə Gürcüstan beynəlxalq birlik tərəfindən suveren bir dövlət kimi tanınır.
2008-ci ildə Cənubi Osetiyadakı silahlı qarşıdurmadan sonra Rusiya Gürcüstanın və BMT-nin əksər üzv dövlətlərinin Gürcüstanın bir hissəsi hesab etdiyi Abxaziya və Cənubi Osetiya Respublikalarının müstəqilliyini tanıyır.
iki ölkə arasında beynəlxalq səviyyədə tanınan Rusiya-Gürcüstan sərhədinin uzunluğu 894 km-dir[1].
Sovet İttifaqının dağılmasından sonra Gürcüstan millətlərarası qarşıdurmaların, siyasi qüvvələr arasında güc və təsir uğrunda silahlı mübarizələrin yaşandığı ölkəyə çevrilir. 1991-ci ilin payızında müstəqilliyini elan edən Cənubi Osetiyada genişmiqyaslı qanlı toqquşmalar baş verir. 1992-ci ilin yayında Abxaziyada silahlı toqquşmalar başlayır. Münaqişə geniş ərazilərin demək olar ki, tamamilə dağılmasına və kütləvi köçkünlüyə səbəb oldu. Döyüş əməliyyatları nəticəsində yüz minlərlə mülki, əsasən gürcülər, evlərini tərk etmək məcburiyyətində qalır.
24 iyun 1992-ci ildə Rusiya və Gürcüstan, Gürcüstan-Cənubi Osetiya münaqişəsinin həll prinsiplərinə dair müqaviləsini imzalayır. 1991-1992-ci illərdəki ilk gürcü-osetin müharibəsi belə başa çatır[2].
14 iyulda atəş dayandırılır və qarşıdurma qüvvələrini ayırmaq üçün münaqişə bölgəsinə üç tabordan - Rusiya, Gürcüstan və Cənubi Osetiyadan ibarət Birgə Barışıq Qüvvələri gətirilir.
Somi sazişləri münaqişənin həlli üçün xüsusi ortaq qurumun (dörd tərəfin) - Gürcüstan, Cənubi Osetiya, Rusiya və Şimali Osetiyanın nümayəndələrindən ibarət Qarışıq Nəzarət Komissiyasının qurulmasını nəzərdə tuturdu. Tsxinvalidə ATƏT-in Müşahidəçi Missiyası yerləşdirilmişdir.
Soçi müqavilələrinin imzalanmasından sonra Cənubi Osetiya faktiki olaraq müstəqil bir dövlət olur.
14 may 1994-cü ildə Moskvada Abxaziyada atəşkəs və qüvvələrin ayrılması haqqında Saziş imzalanır. Tərəflər Abxaziya ərazisində MDB-nin sülhməramlı qüvvələrini (əslində rus ordusu) yerləşdirmək barədə razılığa gəlirlər.
30 oktyabr 1995-ci il tarixində Rusiya və ATƏT-in vasitəçiliyi ilə Gürcüstan və Osetiya tərəfləri arasında münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar başlayır. 16 may 1996-cı ildə Moskvada Təhlükəsizliyin Təmin Edilməsi və Qarşılıqlı Etimadın Gücləndirilməsi Tədbirlərinə dair Memorandum imzalanır.
Qaçqınlar münaqişə zonasına qayıtmağa başlayır, lakin bölgədəki ağır iqtisadi vəziyyət bu prosesin intensivləşməsinin qarşısını alır. Gürcüstan Cənubi Osetiya rəhbərliyini, mərkəzi səlahiyyətlilər tərəfindən nəzarət olmadığı təqdirdə, Cənubi Osetiyanın həqiqətən qaçaqmalçılıq ticarət mərkəzinə çevrilməsində günahlandırdı. Qaçaqmalçılıqdan əldə edilən gəlirlərin separatçı rejimin güclənməsinə kömək etdiyi deyilir.