Zaqafqaziya

ABŞ Dövlət Departamentinin 1994-cü ildə hazırladığı "Qafqaz Regionu" xəritəsi

Cənubi Qafqaz (rus. Южный Кавказ ing. South Caucasus) — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən, Azərbaycan, GürcüstanErmənistan ərazilərindən ibarət coğrafi-siyasi bölgə.

Cənubi Qafqazın siyasi xəritəsi

Cənubi Qafqazın tarixi

[redaktə | mənbəni redaktə et]

Cənubi Qafqaz bölgəsi tarixən siyasi, dini və mədəni mübarizənin məkanı olmuşdur. Bölgənin köhnə dövlətləri içində Albaniya, İberiya krallıqları iştirak etməkdədir. Bu krallıqlar daha sonra Əhəməni İmperatorluğu, Parf İmperatorluğu və Sasani İmperatorluğuna birləşdirilmişdir. Nəticədə, əvvəl Zərdüştlük, sonra da Xristianlıq bölgədə suveren dinlər olmuşlar.

VII əsrdə Xilafətin bölgəni ələ keçirməsi ilə Cənubi Qafqazda müqəddəs İslam dini yayılmağa başlamışdır. Sonrakı əsrlər içində Səlcuqların, Monqolların və Türk xanlıqlarının suverenliyində olan bölgə, 1501-ci ildə Səfəvi dövlətinin rəhbərliyinə keçmişdir. 17-ci əsrdəki qısa davamlı Osmanlı hakimiyyəti xaricində, 18-ci əsrin ortalarına qədər bölgə ümumi olaraq Səfəvi suverenliyində qalmışdır.

1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra Cənubi Qafqazın cənub seqmentində həqiqətən müstəqil Türk xanlıqları qurulmuşdur. 19-cu əsrin əvvəlində reallaşan iki Rus-Qacar müharibəsinin nəticəsində, Cənubi Qafqaz tamamilə Rusiyanın İmperatorluğu tərəfindən işğal edilmişdir.

Cənubi Qafqaz turizm resurslari ilə zəngin bölgədir. Regionda yerləşən Böyük Qafqaz dağları Qara dənizdən Xəzər dənizinə kimi uzanır və Cənubi Qafqazda yerləşən hər üç dövlətin ərazisindən keçir.[1] Bölgənin ən önəmli turizm mərkəzləri Azərbaycan, Gürcüstan və qismən də Ermənistan respublikalarının ərazisində yerləşir. Azərbaycanda- Qəbələ, Quba, Qusar Xaçmaz; Gürcüstanda- Khevsureti, Tusheti, Svaneti, Bakhmaro, Racha.[2] Ermənistanda- Tsağkadzor, Cermuk, Dilican dağ turizmində öndə gələn bölgələrdir.[3]

Cənubi Qafqazın böyük şəhərləri də turistlərin diqqətini çəkən önəmli turizm mərkəzləridir. Bakı, Gəncə, Tibilisi, Batumiİrəvan kimi iri şəhərlər xüsusi ilə fərqlənirlər.[4]

Azərbaycanda turizm sənayesi regionların inkişafı üçün həlledici əhəmiyyət kəsb edir. Azərbaycanın sərvətləri, rəngarəng iqlimi, tarixi-mədəni irsi turizm sahəsini inkişaf etdirir. Paytaxt Bakı müxtəlif tarixi dövrlərə aid tarixi və memarlıq abidələrinə malikdir. Tarixi abidələrin siyahısına 12-ci əsrin abidəsi olan Qız qalası, 12-ci əsrin abidəsi İçərişəhər, 15-ci əsrin abidəsi Şirvanşahlar sarayı və 17–18-ci əsrin abidəsi Atəşgah aiddir. Həmçinin Heydər Əliyev Mərkəzi muasir tikililərdən biri sayılır.[5]

Azərbaycanda dağ turizmi

[redaktə | mənbəni redaktə et]

Dağların verdiyi imkanlardan hərtərəfli şəkildə faydalanmaq məqsədilə insanların istifadə etdiyi turizm növü dağ turizmi hesab olunur.[6] Azərbaycanda dağ turizminin haykinq, trekkinq, dağa və buzadırmanma növləri mövcuddur. Azərbaycanda ilk Alpinizm cəmiyyəti 1963-cü ildə yaradılmışdır.

"Tufandağ" Qış- yay turizm kompleksi (Qəbələ və "Şahdağ" Turizm mərkəzi QSC Azərbaycanda dağ turizminin mərkəzləridir. "Tufandağ" Qış-Yay Turizm Kompleksi ilk mərhələsinin açılışı 2009-cu ildə olmuşdur. Mərkəz, 15 kilometrlik yamac və 5 ədəd qalxma kabinəsi ilə il ərzində fəaliyyət göstərir.

Şahdağın hündürlüyü 4.243 metr , ətəyi isə 102 metrdir. "Şahdağ" Turizm mərkəzi Qafqazın şimal-şərq yamacında 2min hektar ərazidə inşa edilib. Mərkəzin tikintisinə 2009-cu ildə başlanılıb. "Şahdağ" Turizm mərkəzi QSC 17 kilometrlik yamac və 9 ədəd qalxma kabinəsi təklifi ilə il ərzində fəaliyyət göstərir.

Turizm Gürcüstanın əsas sənaye sahələrindən biridir. Burada turistləri özünə cəlb edən ərazilərə paytaxt Tiflis, Ushguli, Batumi, Signagi, Chiatura, Svaneti, Racha, Bakhmaro və s. aiddir.[7]

Gürcüstanın paytaxtı olan Tbilisi ən cəlbedici şəhərlərdən biridir. Bu kiçik şəhərdə görməli bir çox yerlər turistləri özünə cəlb edir.

Avropanın ən hündür kəndi olan Uşquli də Gürcüstanda yerləşir.

  1. https://www.britannica.com/place/Caucasu
  2. "Arxivlənmiş surət". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. "Arxivlənmiş surət". 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  4. "Arxivlənmiş surət". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. "Arxivlənmiş surət". 2018-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  6. "Turizm sektorunun növləri". 2019-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05. (#redundant_parameters); (#redundant_parameters)
  7. "Country's tourist boom — Georgia is a new travel destination for western European tourists". 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]