Gürcüstanda Parlament seçkiləri (2012)

2012-ci il Gürcüstan Respublikası Parlament seçkilər — 1 oktyabr 2012 tarixində keçirilib.

Gürcüstanın prezidenti, VMH-ın lideri M. Saakaşvili

150 deputat Parlamentə 4 illik müddətə seçilirdi. Bunlardan 73 nəfər majoritar, 77 nəfər isə proporsional sistemə uyğun olaraq seçilməli idi. Seçkilərdə əsas mübarizə prezident Mixail Saakaşvilinin sədrlik etdiyi iqtidarı təmsil edən Vahid Milli Hərəkat PartiyasıBidzina İvanişvilinin yenicə yaratdığı Gürcü arzusu — Demokratik Gürcüstan müxalif bloku arasında gedirdi. Seçkilərin nəticələrinə əsasən "Gürcü Arzusu" qalib gəldi və parlamentin yeni çağırışında 85 mandat qazandı. Vahid Milli Hərəkat isə parlamentdə 65 təmsilçi qazandı. Gürcü Arzusunun sədri Bidzina İvanişvili yeni parlament tərəfindən Gürcüstan Respublikasının 10-cu baş naziri seçildi.

Gürcüstanın yeni baş naziri B. İvanişvili
Partiya Səslər Faiz Mandatlar
Gürcü Arzusu 1,184,612 54,97% 85
Vahid Milli Hərəkat 873,233 40,34% 65
Xristian Demokrat Birliyi 44,293 2,05% 0
Leybor Partiya 26,759 1,24% 0
Yeni Hüquqlar 9,379 0,43% 0
Azad Gürcüstan 5,892 0,43% 0
Ümumi 100% 150
Seçicilərin sayı 2,159,633

Seçkidən sonra

[redaktə | mənbəni redaktə et]

Seçkilərə əsasən yalnız iki partiya parlamentdə yer ala bildi. Gürcü Arzusu 85, Vahid Milli Hərəkat isə 65 yer aldı. Mixail Saakaşvili seçkilərdə məğlubiyyətini tanıdı və müxalifətə keçdiyini bildirdi. Yeni parlament Kutaisidə fəaliyyət göstərməyə başladı və Bidzina İvanişvilini yeni baş nazir təyin etdi.