Gədəbəy Tarix-Diyarşünaslıq Muzeyi — Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan və 1990-cı il martın 22-dən fəliyyət göstərən muzey[1].
Gədəbəy Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1990 |
Mövzu | tarix, arxeologiya |
Yerləşir | Azərbaycan, Gədəbəy |
Kolleksiyası | 2 000 |
Direktor | Afət Bağırova |
Təbiət, Qədim dövr, Orta əsrlər, Müasir dövr bölmələrini əhatə edən muzeydə hazırda 2000-dən çox eksponat saxlanılır. Ekspozisiya zalında 1100 eksponat nümayiş etdirilir. Təbiət bölməsinə rayonda yetişdirilən ağac, bitki nümunələri , daş-süxur nümunələri, Gədəbəy mənzərələri, müalicə məqsədi ilə işlədilən bitki nümunələri mineral sular daxildir.
Qədim dövr bölməsində b.e.ə dövrlərə məxsus tunc əşyalar, sümükdən və obsidiandan düzəldilmiş əmək alətləri, obsidian qəlpələr, muncuqlar, küpələr, keramik qablar göstərilir. Orta əsrlərə məxsus abidələrin foto şəkilləri, abidələr haqqında məlumatlar öz əksini tapır. Muzeydə müasir dövr daha geniş yer tutur: Təbiət, Arxeologiya, Etnoqrafiya, Numizmatika, XIX əsr Gədəbəy sənaye mərkəzi kimi və s. Muzeyin, sahəsi 222 kv.metrdir və cəmi 7 işçisi var. AMEA Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları ilə əlaqələrin nəticəsində son illər rayon muzeyinə xeyli miqdarda elmi cəhətdən araşdırılmış eksponatlar daxil olub. Hər il mayın 17-də "Açıq qapı" günü, ayın 18-də isə burada "Muzeylər günü " geniş qeyd olunur. Eksponatların zənginləşdirilməsi yönündə tədbirlər də davm edir.[2]